Zaurpress.az
Akif İslamzadədən HÖRMƏTSİZLİK: "Çırtma çalıb oynayaq?"
"Akif İslamzadənin müalicəsi davam edir".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
"Xəstənin səhhəti stabildir. Müalicəsində müsbət dinamika müşahidə olunur. Müalicə fonunda xəstənin vəziyyəti stabildir. Əgər xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilərsə, evə buraxılması planlaşdırılır", - deyə T. Sadıqov bildirib.
Oxu.Az Akif İslamzadənin özü ilə əlaqə yaratmağa çalışıb. Telefonu açan A.İslamzadə jurnalistin özünü təqdim etməsinə "Nə edək? Çırtma çalıb oynayaq?" cavabını verib. O, "Necəsiniz?" sualına "Çox sağ olun, zəhmət çəkib zəng etmisiniz" deyib və telefonu qapayıb.
Xatırladaq ki, 77 yaşlı Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.






























