Xəbər lentiwidget-title-icon

Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
“Space” TV-nin baş direktoru işdən çıxarıldı
 AAYDA-da TOY VAR: İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur

Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
Ali Məhkəmənin sədrinə publik müraciət

Məhkəmə hüquq sisteminin örtülü bazar olmaqdan çıxıb, açıq qeyri-prosessual bazarlıq meydanına çevrilməsi ölkənin baş məhkəmə hakiminə- Ali Məhkəmənin sədrinə publik müraciət etməyə nədən olub. Deyə bilərsiniz ki, elektron poçtlar, “mygov”, onlayn müraciətlər gecə-gündüz, bazar-bayram bilmədən, kağız daşıyıcıda müraciətlər iş günləri aktivdir, nədən media araçılığını seçdik? Başlıca nədən müraciətimizin borbaşa baş məhkəmə sədrinin prosessual görəvi ilə bağlı olmasıdır.

Prosessual qanunvericiliyin tələbidir, Ali Məhkəmə Plenumunun da “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarında təsbit olunub ki, apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin SƏDRlərİ tərəfindən həll edilir. Bu sətirlərin yazarının Bakı Apellyasiya Məhkəməsinin hər 3 kollegiyasının tərkiblərinə etdiyim əsaslandırılmış etirazların heç birinə son 3 ildə məhkəmə sədri (Mübariz Əkbərov) baxıb həll etməyib. Özü də etirazların əsaslılığı “göz deşir”, gerçəkdə tərkib özü-özünə etiraz etməlidir , di gəl, heç edilən etirazlara da məhəl qoyulmur. Elə sonuncu Bakı Apellyasiya Məhkəməsinə , Yasamal və Nizami məhkəmələrinə qarşı “ Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbli 551 saylı işə Bakı Apellyasiya məhkəməsi özü baxa bilər? Təbii ki yox. Nədən MPM-in 19.1.6-cı maddəsində yazılıb ki, hakim tərəflərdən biridirsə, işə baxmasına yol verilmir. Bakı Apellyasiya Məhkəməsi isə bütün tərkibi ilə bu işdə tərəf olduğundan işə baxan məhkəməni kassasiya instansiya məhkəməsi həll etməlidir. Bəs Bakı AM-ə qarşı iddia nədən qaynaqlanır və niyə yuxarı məhkəmə hakimlərinə etiraz(lar)a məhkəmə sədri baxmır?

Konstitusiya hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verdiyindən, son xidmət yerim DİN DQ və MPİ-nin pensiyamı süpürgəçi (kəsinliklə aşağılayıcı anlamda demirəm, sadəcə ən aşağı maaşı ən çox işləyənlərin almasına görə vurğulayıram) maaşından da 3 dəfə az- 162 manat vəzifə maaşına uyğun hesablamasından, Prezidentə, Dİ nazirinə, Baş prokurora, məhkəməyə şikayətə görə özünün (?) 1-ci dərəcəli Qarabağ əlilindən 30 (otuz) MİLYON MANAT “şərəfhaqqı” tələb etməsindən inzibati məhkəmə icraatı yolu ilə iddiamı DİN-in hüquqverici sənədi olmayan vəkili və nümayəndəsi (bəyəm DİN-də vəkil ştatı var?), VK -nın intizam komissiyasının üzvü Əlirza Həbilov (2022-ci ildən VK aparatının rəhbəri Orxan Babayev) mümkün saydırmır. Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 14-cü bəndinin 2-ci cümləsinə əsasən, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların , bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması hüquqi faktının müəyyən olunmasına dair ərizəni (maraqlı şəxs DİN DQ və MN) də inhisarçı (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə ərizələr yalnız qeydiyyatda olduğun rayonun məhkəməsinə verilməlidir) Nərimanov məhkəməsi (h. Ramin Quliyev) təmin etmədi ki, tərəflər arasında qanuni qüvvəyə minmiş iddianın mümkün sayılmaması haqqında qərardad (?)- məhkəmə qətnaməsi var.(?) Qətnamə ilə qərardadı ayıra bilməyənlərin necə hakimlik etməsi bir yana, yuxarı instansiyanın da bunu qüvvədə saxlaması, yalnız Ali Məhkəmənin qətnaməni ləğv edib, icraata xitam verməsi məhkəmə hüquq sisteminin qeyri-prosessual bazarlıq meydanına çevrilməsini sübut edən faktlardan biridir.

Əlavə qətnamə çıxarılmasından da imtina edildiyindən, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü maddəsinə əsasən eyni tələbli ərizəmi inhisarçı Nərimanov məhkəməsinə təqdim etdim. Ərizə 8 dəfə “təsadüfən” eyni hakimə (Nərgiz Tağıyeva), 2 dəfə Solmaz Ədilovaya verildi. Və yolverilməzliyinə görə icraatdan imtina edildi ki, tərəflər arasında qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Halbuki qətnamə hələ qanuni qüvvəyə minməmişdi və vurğuladığım kimi, Ali Məhkəmə qətnaməni ləğv etdi. Eyni zamanda vahid məhkəmə təcrübəsi, qətnamə qüvvəyə mindi-minmədi, maraqlı şəxsə eyni tələblə məhkəməyə müraciət etmək hüququ verir axı! Di gəl, kimdir qanuna, vahid məhkəmə təcrübəsinə baxan, Nərimanov məhkəməsinin hakimi Nərgiz Tağıyeva hətta 2 şikayət üzrə öz qərardadını (1514 və 1588 saylı işlər) ləğv edib, amma MPM-in 268-ci maddəsinin tələbinə uyğun olaraq 15 aydır sonrakı prosessual hərəkətləri etmir, əksinə ləğv etdiyi işini yenidən ləğv etməyə (?) Bakı AM-ə göndərir. Nə Məhkəmə Hüquq Şurası, nə Ombudsman, nə MM, nə digər hüquq orqanları bu qeyri-prosessuallığa qiymət verir. Hakim Solmaz Ədilovanın qeyri-prosessual özbaşınalığına Bakı Apellyasiya Məhkəməsi (s/e Rafael Eyvazov, Fuad Babayev, Cəmilə Musayeva) qiymət verib, ləğv etsə də, etiraza baxmayaraq iş yenidən Solmaz Ədilovaya verildi və bu yol başqa bəhanə tapıldı ki, tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Halbuki, vurğuladığım kimi, belə qətnamə yoxdu və... tərəflər də eyni deyil(di), qanuni qüvvəyə mindirdikləri “qətnamə”də maraqlı şəxs DİN DQ, Solmaz Ədilovanın bax(ma)dığı işdə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Gözlənilən idi ki, Bakı Apellyasiya Məhkəməsi yenə də aşağı instansiyanın qərardadını ləğv edəcək. Di gəl, eyni heyət (Rafael Eyvazov, Fuad Babayev, Cəmilə Musayeva) gözlənilməz qərardadla aşağı instansiyanı haqlı saydı ki, tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Hətta qətnamənin ləğv edilməsi də, tərəflərin eyni olmaması da Rafael Eyvazovu və heyətini qeyri-prosessual özbaşınalıqdan sapındıra bilmədi. “ Nə olsun tərəflər eyni deyil, mübahisəyə ki, hüquqi qiymət verilib!” Bu fikir Bakı AM-in 1632 saylı qərardadında əks olunub. Heyətə etiraz isə 1-ci dərəcəli Qarabağ əlilinə baha başa gəlib. Mülki Kollegiyanın sədri vəzifəsindən sui-istifadə edən Rafael Eyvazovun göstərişi ilə Xumar Mərdanovanın sədri olduğu Vahid Sadıqov, Sabit Bəhrəmzadədən ibarət heyət yazılı icraatda yataqda xəstə yatan 1-ci dərəcəli Qarabağ qazisini məhkəməyə iddia ərizəsi verdiyinə görə (?- apellyasiya instansiyasına iddia ərizəsi verilmir) 400 manat , Fuad Abdıyevin sədri olduğu Fuad Babayev, Cəmilə Musayevadan ibarət heyət kassasiya şikayəti verməyə vəkillə təminata ərizə verdiyinə görə (?) 100 manat, Nizami rayon məhkəməsinin hakimi Qumru Əliyeva kabinetdən hakimə etiraza görə (?) 300 manat cərimə edib və anında icra sənədi verməklə MƏHKƏMƏYƏ, DÖVLƏTƏ BORCLU edib.(?) Mənim tələbkar olduğum 10 məhkəmə qərarının icrası isə 10-17 ildir təmin olunmur, əksinə əə, borclu kimi həbs edilirəm, işgəncəyə uğradılıram , pensiyam, evim, əmlakım talan olunur . (?)

Bir ildən çoxdur bütün işlər eyni “cərimə heyətləri”nə verilir, kassasiya hüququna da qərəzlə qadağa qoyulur; hətta şikayət ediləcəyi halda rəsmi qaydada, qərardadda göstərilməklə yenidən cərimə ediləcəyimlə şantaj edilirəm. Bəs Məhkəmə Hüquq Şurası niyə çoxsaylı şikayətlərə baxmır, harada yazılıb ki, yataqda olan şəxs məhkəmənin işinə yazılı icraatda mane olduğuna görə cərimə edilsin? Yeri gəlib, vurğulayım ki, Bakı Apellyasiya Məhkəməsi (iş 514 və 543, Rəşid Səmədov, Xumar Mərdanova, Vahid Sadıqov; Günel Abbasova, Fuad Talışinski,.) GECƏ SAAT 00-00-DA YAZILI İCRAATDA İŞƏ BAXDIQLARINI AÇIQLAYPBLAR. MƏN BUNLARIN YUXUSUNA NECƏ HARAM QATA BİLƏRƏM, NECƏ ONLARA MANE OLA, HÖRMƏTSİZLİK EDƏ BİLƏRƏM?

Uzun oldu, üzrlü sayın, 3 ildir nəinki pensiyamın məhkəmə yolu ilə artımına nail ola bilirəm, əksinə məhkəmə qərarı ilə 9 il qabaq ayrılan vəsaiti də borclu DSMF XŞTMF ləğv edib. Bakı İM isə məhkəmə qərarının icrasını mümkün saymır, Bakı AM-inmİK-sı da bu mümkünsüzlüyü qüvvədə saxlayır. Özbaşınalığa baxın, Şərafət Məmmədova özünün çıxardığı qərarın icrasına qadağa qoyub, Bakı Apellyasiya Məhkəməsi də bu qadağanı qüvvədə saxlayıb. Ali Məhkəmə də özünü notariat kontorundan da aşağı səviyyədə aparır. Hazırda məhkəmə qərarının icrasının təmin edilməsi haqqında tələbkar kimi verdiyim ərizənin mümkün sayılmaması haqqında Bakı AM-in İK-sının qərardadından (Şərafət Məmmədova, Ceyhun Məmmədov, Pərviz Hüseynov və Xəyalə Cəmilova (hazırda Ali Məhkəmədə özbaşınalığını sürdürür) , Rəşid Səmədov, Aytən Oruczadə, Günel Abbasova) kassasiya şikayətim Ali Məhkəmədə 5 aydır baxılmır. İş Rahib Nəbizadənin sədri olduğu Səyyad Kərimov, Bəhram Məmmədlidən ibarət heyətinin icraatına verilən kimi borclu DSMF-in prosessual fəaliyyət qabiliyyəti olmayan MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSUNUN (DEPARTAMENT MÜDİRİ, HƏM DƏ VƏKİL EMİL İSGƏNDƏRLİ) MƏHKƏMƏ QƏRARININ İCRASINA ETİRAZI kabinetdə yerləşdirilib. Axı borclu MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSU YOX, XÜSUSİ ŞƏRTLƏRLƏ TƏYİNAT ÜZRƏ MƏRKƏZİ FİLİALIDIR!

5 aydır kassasiya tərkibinin 2 hakiminə - Rahib Nəbizadə və Səyyad Kərimova şəxsi kabinetdən əsaslandırılmış (bundan qabaq da Şərafət Məmmədova və heyətinin hüquqi yardımdan, kassasiya hüququndan imtinası “azadlığını” 3 dəfə qanuni sayıblar) etirazımı təqdim etmişəm.

Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə, MPM-in 22.3-cü maddəsinə görə etiraza kassasiya məhkəməsinin sədri, hörmətli İnam Kərimov baxmalıdır. 5 aydır etirazıma baxılmaması publik müraciətimə nədən oldu. Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021 tarixli Qərarının da görməzliyə vurulmasına son qoymaq diləyi ilə

Məğrur Bədəlsoy

P.S. 162 manatlıq zabit vəzifə maaşına göz dikməyə məcbur edilən DİN-in 1-ci dərəcəli Qarabağ qazisindən DİN DQ 15 ildir 30 (OTUZ) MİLYON MANAT tələb edir. 1000 manat aylıq pensiya ilə 30 milyonu ödəməyə 2500 (iki min beş yüz) il gərəkir. 162 manat hesabı ilə isə 15000 (on beş min) il ac-susuz bir yana, kommunal haqqı ödəmədən də sağ qalmağımı istəməlidir DİN, məhkəmə(lər). Vicdan buna necə dözür? Kim vicdansızdır: məhkəmə yolu ilə hüququnu müdafiə edən Qarabağ qazisi, yoxsa bu hüquqa sifarişlə qadağa qoyan məhkəmə (hakimləri)?
/hurriyyet.info/








Zaurpress.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?