Xəbər lentiwidget-title-icon

Məşhur generalın xanımı vəkilliyə başladı
Akif İslamzadədən HÖRMƏTSİZLİK: "Çırtma çalıb oynayaq?"
“Suraxanı Oyl Opereyşn Kompani” şirkəti qaydaları pozdu, cərimə olundu
Saleh Səmədovun məhkəməsi başladı
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
Sahibə Qafarova: Azərbaycan-Slovakiya parlament əlaqələri yüksək səviyyədədir
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “nisyə dəftəri” açıldığı bildirilir.
“Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı – DİQQƏTLİ OLUN!
Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər!
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı
Azərbaycanda benzinin qiyməti dəyişə bilər – Mühüm proses başladı
Sosial xidmət, yoxsa kabinet imperiyası? – Agentliyin strukturu suallar doğurur
Lombardların GERÇƏK ÜZÜ: “Bir həftə də vaxt verin…”
 “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
“Kristal Abşeron” şirkətinin inşa etdiyi yaşayış kompleksləri ilə bağlı ciddi iddialar mövcuddur.
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
Azərbaycanda qanunsuz lizinq -“Vüsal 300“-ün adamları sosial şəbəkələri “zəbt” edib
Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında
Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş

Sosial xidmət, yoxsa kabinet imperiyası? – Agentliyin strukturu suallar doğurur

Azərbaycanda sosial müdafiə və həssas əhali qruplarına xidmət göstərən əsas qurumlardan biri olan Sosial Xidmətlər Agentliyi son illərdə struktur baxımından sürətlə böyüyən dövlət qurumlarından birinə çevrilib. Agentliyin strukturu son olaraq, qurumun İdarə Heyətinin sədri Vüqar Behbudovun iki yeni filial yaratmasında sonra gündəmə gəlib.
Agentliyin idarəetmə sxeminə nəzər saldıqda isə ortaya ciddi suallar çıxır: İdarə Heyətinin sədri Vüqar Behbudovun 3 müavini, 4 müşaviri, 1 köməkçisi var. Bundan başqa Agentlikdə 16 departament və əlavə olaraq regional filiallar var. Agentliyin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən çoxsaylı strukturlardan biri olduğunu nəzərə aldıqda, bu qədər geniş bürokratik aparatın mövcudluğu ciddi müzakirələrə yol açır.
Sosial xidmət sahəsi birbaşa vətəndaşla işləyən, operativ qərar və çevik mexanizm tələb edən sistemdir. Belə bir qurumda idarəetmə pillələrinin həddindən artıq çox olması isə əksinə, proseslərin ağırlaşmasına səbəb ola bilər. Çünki dünya təcrübəsində sosial xidmət agentlikləri daha çox sahə yönümlü, mobil və sadələşdirilmiş modellərlə idarə olunur. Azərbaycanda isə struktur getdikcə klassik məmur aparatına bənzəyir.
Ən diqqət çəkən məqam isə departamentlərin sayıdır. 16 departament faktiki olaraq ayrıca daxili bölgü deməkdir. Bu qədər struktur vahidinin saxlanılması həm əlavə büdcə yükü yaradır, həm də qərarvermə prosesini uzadır. Hər departament rəhbəri, müavinlər, sektor müdirləri və digər inzibati heyət nəzərə alınanda ortaya böyük bir idarəçilik piramidası çıxır.
Agentliyin fəaliyyəti ilə bağlı mediada yayılan bəzi məlumatlar isə bu geniş idarəetmə aparatının fonunda ictimai narazılığı daha da artırır. Xüsusilə qurumun rəhbəri Vüqar Behbudov ilə bağlı mətbuatda yer alan iddialar cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. Həmin məlumatlarda Vüqar Behbudovun agentliyin ofis icarəsi üçün bacısı Sevinc İsgəndərova ilə müqavilə bağladığı və bunun müqabilində 262 min 300 manat vəsait ödənildiyi bildirilirdi. Dövlət qurumlarında belə halların müzakirə mövzusu olması özü-özlüyündə şəffaflıq, etik idarəçilik və maraqlar toqquşması ilə bağlı ciddi suallar doğurur.
Müşahidələr göstərir ki, vətəndaşların gündəlik qarşılaşdığı problemlər, sosial xidmətlərə çıxışla bağlı narazılıqlar və idarəetmə ilə bağlı mübahisələr fonunda bu qədər geniş aparatın effektivliyi daha çox müzakirə olunur. Cəmiyyət isə dövlət qurumlarından ilk növbədə daha çevik idarəetmə, şəffaf fəaliyyət və vətəndaş yönümlü xidmət gözləyir.

Editor.az

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər