Xəbər lentiwidget-title-icon

Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
“Space” TV-nin baş direktoru işdən çıxarıldı
 AAYDA-da TOY VAR: İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Onun atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışıb. O həmçinin yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmaqla yanaşı, zəngin həyat yolu övladları üçün əsl məktəb idi. Zərifə Əliyevanın belə bir ailədə böyüməsi onun zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilməsini şərtləndirmiş olub. Sözsüz ki, belə bir ailəyə məxsus ziyalılıq, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanımın da xarakterində öz əksini tapmışdı. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunan Zərifə Əliyeva buranı əla qiymətlərlə bitirərək oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçməklə biliklərini daha da dərinləşdirib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxomanın geniş yayılmasının qarşısının alınması, peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Beləliklə o gənc tədqiqatçı kimi elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bir müddətdən sonra Zərifə xanım traxoma xəstəliyinə qarşı müalicədə uğurlu nəticələrə nail olur. Eyni zamanda tədqiqatlarının yekunu olaraq, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Beləliklə onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və traxoma bir xəstəlik kimi aradan qaldırılır.

1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında elmi fəaliyyətini davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrində çalışır. Onun elmi araşdırmalarında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Eyni zamanda Zərifə Əliyevanın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Beləliklə Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olur. Təsadüfi deyil ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını itirməyib. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.

Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.

Akademik Zərifə Əliyeva zəngin elmi irs qoyub. O 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər.

Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Zaurpress.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?