Xəbər lentiwidget-title-icon

Məşhur generalın xanımı vəkilliyə başladı
Akif İslamzadədən HÖRMƏTSİZLİK: "Çırtma çalıb oynayaq?"
“Suraxanı Oyl Opereyşn Kompani” şirkəti qaydaları pozdu, cərimə olundu
Saleh Səmədovun məhkəməsi başladı
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
Sahibə Qafarova: Azərbaycan-Slovakiya parlament əlaqələri yüksək səviyyədədir
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “nisyə dəftəri” açıldığı bildirilir.
“Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı – DİQQƏTLİ OLUN!
Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər!
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı
Azərbaycanda benzinin qiyməti dəyişə bilər – Mühüm proses başladı
Sosial xidmət, yoxsa kabinet imperiyası? – Agentliyin strukturu suallar doğurur
Lombardların GERÇƏK ÜZÜ: “Bir həftə də vaxt verin…”
 “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
“Kristal Abşeron” şirkətinin inşa etdiyi yaşayış kompleksləri ilə bağlı ciddi iddialar mövcuddur.
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
Maştağada bəzi küçələrdə çömçəquyruqlar "at oynadır" - VİDEO
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
Azərbaycanda qanunsuz lizinq -“Vüsal 300“-ün adamları sosial şəbəkələri “zəbt” edib
Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında
Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş

Babək Babayevə qanun işləmir? – VİDEO

Paytaxtın Xətai rayonu 8 noyabr prospektində yerləşən “Azure Residence” yaşayış kompleksinin sakinləri Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(102)-1424/2025 nömrəli qərarı ilə qüvvədə saxlanılmış və icrası məcburi olan yekun hüquqi sənəd statusu almış qərarın icra olunmaması və kompleksdə baş verən qanunsuz müdaxilələrlə bağlı ictimai müraciət yayıblar.

Sakinlər bildirirlər ki, kompleksdə mülkiyyət hüquqları “Guvenli-Servis Management” MMC və MTK rəhbəri Babək Babayev tərəfindən kobud şəkildə pozulur, Mənzil Məcəlləsinin imperativ normalarına əməl edilmir və məhkəmə qərarının icrası süni şəkildə əngəllənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(102)-1424/2025 nömrəli qüvvədə saxlanılan qərarı ilə yaşayış kompleksində idarəetmə forması və mülkiyyətçilərin hüquqları təsbit edilsə də, sakinlərin iddiasına görə, əvvəlki idarəedici qurum tərəfindən qərarın icrasına maneələr yaradılır. Onlar bunu qanunun aliliyi prinsipinin pozulması kimi qiymətləndirirlər.

Sakinlər həmçinin bildirirlər ki, Mənzil Məcəlləsinə əsasən bir yaşayış kompleksində yalnız bir idarəetmə orqanı fəaliyyət göstərməlidir. Onların qanuni qərarı ilə yaradılmış və dövlət qeydiyyatından keçmiş “Xətai-48” MMMC binanın yeganə qanuni idarəedici qurumu kimi göstərilsə də, iddialara görə “Güvenli-Servis Management” adlı kənar şirkət hələ də kompleksdə fəaliyyət göstərir və qeyri-qanuni ödənişlər toplayır.
Sakinlərin sözlərinə görə, ümumi istifadədə olan ərazilərdə də ciddi dəyişikliklər edilib. İddialara əsasən, bir vaxtlar mövcud olmuş Lazer Fontan Kompleksi sakinlərin xəbəri olmadan sökülüb, 3-cü mərtəbədə yerləşən əyləncə zonaları isə ofis sahələrinə çevrilib. Bu vəziyyət ümumi mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir.
Sakinlər həmçinin təhlükəsizliklə bağlı ciddi narahatlıqların olduğunu bildirirlər. Onların iddiasına görə, ofis sahələrinin mühafizəsi bəhanəsi ilə ümumi istifadədə olan liftlərin hərəkətinə məhdudiyyət qoyulub, bu isə fövqəladə hallar zamanı evakuasiya imkanlarını çətinləşdirə bilər.

Bundan başqa, kompleksdə maliyyə şəffaflığının olmadığı da iddia olunur. Sakinlər qeyri-yaşayış sahələrindən toplanan vəsaitlərin taleyinin bilinmədiyini, həmin vəsaitlərin binanın texniki xidmətinə və ümumi ehtiyaclarına yönəldilmədiyini bildirirlər. Bu da infrastrukturun getdikcə yararsız hala düşməsinə səbəb olur.

“Azure Residence” sakinləri aidiyyəti dövlət qurumlarına müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(102)-1424/2025 nömrəli qərarı ilə qüvvədə saxlanılmış qərarın tam icrasını, idarəetmənin “Xətai-48” MMMC-yə təhvil verilməsini, qanunsuz dəyişikliklərin aradan qaldırılmasını və maliyyə-idarəetmədə şəffaflığın təmin olunmasını tələb edirlər. Sakinlər bildirirlər ki, hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.

Bir daha xatırladaq ki, bina sakinlərinin ayrıca müştərək cəmiyyət yaratmasına və sözügedən şəxsi idarəetmədən uzaqlaşdırmasına səbəb illərdir onların iradəsi xaricində verilən qərarlar, müxtəlif adlar altında yığılan pulların aidiyyəti üzrə xərclənməməsidir ki, bunu da insanların inamından sui-istifadə hesab etmək olar.

Üstəlik də, onların sözlərinə görə bir zamanlar gözlərini boyayan reklamlara inanıb aldıqları mənzilin dadını yalnız 2020-ci ildə dünyanı çənginə alan pandemiyaya qədər dada biliblər. Sözügedən dövrdə bölgələrə yollanan bu insanlar, geri gələndə binanın içində azıb qaldıqlarını – reklamda göz oxşayan lazerli hovuzdan, “Megafun” əyləncə mərkəzindən əsər-əlamət qalmadığını görüblər. Sən demə qoçaq sərkərdə adını daşıyan Babək Babayev qısa zamanda – özü də bayıra çıxma qadağası olduğu bir vaxtda binanın içini tamam dəyişdirməklə öz “qoçaqlığını” fərqli nümayiş etdirməyi bacarıb

Sakinlərin iddialarını və müraciətlərini dinlərkən hansısa sahibkarın bu boyda dövlətin qanunlarına və qurumlarına təkbaşına təsiri təəccüb və sual yaradır.

Yəni doğrudanmı bir sahibkar nümayişkaranə surətdə qanundan, məhkəmə qərarından üstün olduğunu göstərə bilir?

Hesab edirik ki, bu, nə bir şəxsin böyüklüyüdür, nə də qanunun zəifliyi. Bu, icraedici orqanın ya məsuliyyətsizliyidir, ya da şəxsi marağı. Hər halda ortadakı reallıq belə qənaətə gəlməyə əsas verir.

Qeyd edək ki, ötən həftə məsələ ilə bağlı tərəfimizdən Azərbaycan Respublikasının Ədliyyə naziri hörmətli Fərid Əhmədova rəsmi sorğu göndərilib./edliyyeinfo.az-a

Mövzunu davam etdirəcəyik.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər