Xəbər lentiwidget-title-icon

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
“Xamenei qayıtmadığı kimi internet də İrana qayıtmamalıdır”
Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
 Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Sabah 27 dərəcə isti gözlənilir
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
QHT sədri "Embawood"u məhkəmə ilə hədələdi - keyfiyyətsiz mebel problemi...
Dentera Dental Clinicdən şikayət
“Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
Cahangir Mehdiyev haqqında sevindirici xəbər
Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib
Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir
Azərbaycanda əməkhaqqı bərabərliyi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Aybəniz Qasımova bildirib ki, 4 ay adıçəkilən bağçada çalışıb:

“4 ay idi ki, maaşlarımızı almırdıq. Bağçaya işə düzəlmək üçün Havvaxanıma 9 500 manat pul vermişdim. Maaş məsələsinə gələndə dedi ki, bu gün – sabah ödəniləcək. Amma proses uzandı və biz də polisə şikayət etdik”.

Gülçöhrə Allahverdiyeva isə bildirib ki, işə düzəlmək üçün 5 min manat pul verib və həmin bağçada cəmi 1 ay təcrübə keçib.

Zərərçəkmiş Günel Həsənovanın sözlərinə görə, adıçəkilən bağçada vakansiya olduğu üçün müraciət edib:

“Artıq bir ay keçəndən sonra narazılıqların olduğunu gördüm. Başa düşdük ki, dələduzluğa məruz qalmışıq. İşə rəsmi götürülmədiyimi öyrəndim”.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən H.Rüstəmova zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Məlumat üçün bildirək ki, “Moon Kids” bağçası fəaliyyəti dayandırılıb.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər