Xəbər lentiwidget-title-icon

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
“Xamenei qayıtmadığı kimi internet də İrana qayıtmamalıdır”
Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
 Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Sabah 27 dərəcə isti gözlənilir
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
QHT sədri "Embawood"u məhkəmə ilə hədələdi - keyfiyyətsiz mebel problemi...
Dentera Dental Clinicdən şikayət
“Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
Cahangir Mehdiyev haqqında sevindirici xəbər
Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib
Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir
Azərbaycanda əməkhaqqı bərabərliyi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...

Bir müddət əvvəl tanınmış iş adamı Fuad Allahverdiyevin adı mətbuatda ailə qalmaqalı kimi təqdim olunan hadisələrlə gündəmə gəlmişdi. O dövrdə cəmiyyətə elə göstərilirdi ki, məsələ sadəcə keçmiş ər-arvad arasında yaranmış şəxsi mübahisədən ibarətdir.
"DİA-AZ" xəbər verir ki, lakin sonradan ortaya çıxan məhkəmə sənədləri və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2026-cı il tarixli hökmü göstərdi ki, bu hadisələrin arxasında daha ciddi və təhlükəli bir mexanizm dayanıb. Həmin hökm bir ailə münaqişəsinin deyil, illərlə davam edən daha ağır bir sxemin üstünü açdı.
Məhkəmə sənədlərinə görə, Allahverdiyeva Gülşən Əsgər qızı — Əsgərova — sadəcə keçmiş həyat yoldaşı ilə mübahisə edən qadın olmayıb. O, şəxsi həyatın sirri olan materialları qanunsuz şəkildə toplamış və yaymış, pornoqrafik materiallardan istifadə etmiş, habelə külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 10 il, 242-ci maddəsi ilə isə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.
Bu, sadəcə ailə mübahisəsi deyildi. Bu, iş adamı Fuad Allahverdiyevə qarşı şəxsi həyat materiallarından, saxta sənədlərdən, hədə-qorxudan və şantajdan istifadə edilərək qurulmuş plan idi.
Bu sxemin kökü hələ 2014-cü ildə rəsmiləşdirilmiş mübahisəli nikaha gedib çıxır. Həmin nikah Fuad Allahverdiyevin real iştirakı və imzası olmadan, Allahverdiyeva Gülşən Əsgər qızının doğma bibisi, həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində vəzifəli şəxs olmuş Tahirə Əsgərova Mikayıl qızının iştirakı ilə saxta sənədləşmə əsasında rəsmiləşdirilmişdir.
Daha sonra məhz bu saxta nikah əsasında Allahverdiyeva Gülşən Əsgər qızı tərəfindən iş adamı Fuad Allahverdiyevə qarşı illərlə şantaj və hədə-qorxu mexanizmi qurulmuş, onun pulları və əmlakları bu yolla mənimsənilmişdir. Allahverdiyeva Gülşən Əsgər qızı iş adamı Fuad Allahverdiyevdən cinayət yolu ilə əldə etdiyi pullar hesabına qardaşı Elşən Əsgərov Əsgər oğluna şəhərin mərkəzində bahalı, lüks mənzil almışdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilənlərə görə, Allahverdiyeva Gülşən Əsgər qızı iş adamı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə etmiş, daha sonra isə tamah məqsədilə yaymışdır. Həmin materiallardan istifadə etməklə Fuad Allahverdiyevdən və digər şəxslərdən hədə-qorxu yolu ilə külli miqdarda əmlak və pul tələb edilmişdir.
Bundan başqa, təxminən iki il əvvəl iş adamı Fuad Allahverdiyev polis orqanlarında şərlənərək həbs etdirilmiş, bununla da onun işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Lakin sonradan Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyev bəraət almış və 5 mart 2025-ci il tarixində azadlığa buraxılmışdır.
İşin diqqət çəkən məqamlarından biri də cinayətdə istifadə olunan mobil nömrə ilə bağlıdır. Məhkəmə materiallarında göstərilir ki, “WhatsApp” qrupunun yaradılması və intim materialların həmin qrupda paylaşılması Allahverdiyeva Gülşən Əsgər qızının atası, Qax rayon sakini Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilmişdir.
Allahverdiyeva Gülşən Əsgər qızı məhkəmədə məsuliyyəti atasının üzərinə yönəltməyə çalışmışdır. O, həmin nömrənin atasına məxsus olduğunu, qrupu atasının yaratdığını və videoları onun paylaşdığını demişdir.
Lakin məhkəmə bu müdafiə xəttini qəbul etməmişdir. Nəticədə hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılmışdır. Bu isə göstərir ki, atanın adına olan nömrədən istifadə faktı onu məsuliyyətdən xilas etməmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2026-cı il tarixli hökmü bu işin mahiyyətini tam dəyişdi. Allahverdiyeva Gülşən Əsgər qızı həmin cinayət əməllərinə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Əvvəl ictimaiyyətə Fuad Allahverdiyev günahkar kimi təqdim edilirdi. Onun adı mətbuatda neqativ formada hallandırılır, özü isə ciddi ictimai təzyiqə məruz qalırdı.
Amma məhkəmə hökmü göstərdi ki, əslində Fuad Allahverdiyev tamah məqsədilə Allahverdiyeva Gülşən Əsgər qızı tərəfindən şərlənmiş, cəmiyyətdə nüfuzdan salınmış, şəxsi həyat materiallarının yayılması yolu ilə şantaj edilmiş və təzyiqə məruz qoyulmuşdur.
Bu iş bir daha göstərdi ki, saxta sənəd, şantaj və şəxsi həyat materialları ilə qurulan plan gec-tez ifşa olunur. İş adamı Fuad Allahverdiyevə qarşı qurulmuş mexanizm isə məhkəmə hökmü ilə artıq hüquqi müstəvidə Allahverdiyeva Gülşən Əsgər qızının qəsdən törətdiyi cinayət kimi tanınmışdır.
Məhkəmə təsdiq etdi: heç bir şantaj, heç bir saxta nikah və heç bir “bibi-ata” dəstəyi cinayət törədən şəxsi ədalətdən xilas edə bilməz. Allahverdiyeva Gülşən Əsgər qızının 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi başqasının həyatını qaraltmaq istəyənlər üçün ciddi ibrət dərsi oldu.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər