Xəbər lentiwidget-title-icon

Musiqili Teatrın aktrisasından inşaat şirkətinə ittiham: "Nə evimi tikir, nə pulumu qaytarır"
“Bavariya” Uğurcan Çakırı istəyir
Lukaşenko: ABŞ dünya qarşısında öz imkanlarını ortaya qoydu
"10 min dollar aldı, pulumu qaytarmadı" - Anar Əsədlinin məhkəməsi
Kolbasa və sosiskalar nə zaman təhlükəli olur? – Mütəxəssis xəbərdarlıq edir
Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
Antalyada Prezident İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
Təhsildə gizli savaş: hədəf Bağırovun postudur
“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib? – Vilyam Hacıyev 1 milyona yaxın “otkat” alıb
Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR
Fidan Abbasova ilə bağlı ŞOK – Bütün sirlər ORTAYA ÇIXDI

Musiqili Teatrın aktrisasından inşaat şirkətinə ittiham: "Nə evimi tikir, nə pulumu qaytarır"

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva dələduzluqla üzləşdiyini bildirib.

Teleqraf-a açıqlamasında aktrisa "Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri Firutan Məmmədovun mənzil tikmək vədi ilə ondan 16 min manat aldığını, amma öhdəliyini yerinə yetirmədiyini və pulu mənimsədiyini iddia edib.

Onun sözlərinə görə, internetdə şirkətin reklamı ilə tanış olduqdan sonra ofisə gedərək əməkdaşlarla görüşüb və mənzil almaq istədiyini bildirib: “Ofis məndə şirkətin normal fəaliyyət göstərdiyi təəssüratını yaratdı. Söhbət zamanı əməkdaşlar ödəniş müqabilində mənzil inşa etdiklərini dedilər. Mən də razılaşdım və ilkin olaraq pul ödədim”.

Gülçöhrə Abdullayeva bildirib ki, sonradan müxtəlif bəhanələrlə mənzilin təqdim edilməsi gecikdirilib, ümumilikdə 16 min manat ödəməsinə baxmayaraq, mənzil əldə edə bilməyib:

"İlkin olaraq 3800 manat ödədim. Şirkətin rəhbəri mənə bildirdi ki, imkanım daxilində, 2000 və ya 1500 manat olmaqla hissə-hissə ödəniş edə bilərəm. Bir həftə sonra pandemiya başladı, ölkədə bir çox işlər dayandı. Buna baxmayaraq, əlimə nə qədər pul düşürdüsə - 300, 500, bəzən də 1500 manat, hissə-hissə ödəniş edirdim. Ən son ödənişi 2023-cü ildə etmişəm. Hətta bir dəfə ofisin qarşısından keçərkən pulqabımda olan 150 manatı belə onlara verdim. Amma gördüm ki, mənzil məsələsi ilə bağlı heç bir nəticə yoxdur.

Sonradan internetdə axtarış zamanı məlum oldu ki, bu şirkətdən şikayət edən çox sayda insan var. Ofislərinə baş çəkəndə gördüm ki, narazı vətəndaşlar ofisi dağıdıblar, şirkət rəhbərliyi isə oradan qaçıb. Həmin vaxta qədər mənə tikintidə çətinlik yaranması barədə heç nə deyilmirdi. Əksinə, Firutan Məmmədov bildirirdi ki, əziyyət çəkmə, guya yolüstü Binə qəsəbəsindən keçəndə mənimlə görüşüb pulu oradan özü götürəcək. Deyirdi ki, ödənişlərimi davam etdirim, pul yığılsın və mənə ev veriləcək".

Aktrisanın sözlərinə görə, insanların şirkətdən şikayətini gördükdən sonra pulunun geri istəyib: "Şirkət rəhbəri və onun həyat yoldaşı müxtəlif bəhanələr gətirərək pulu qaytarmadılar. “Alacağımız var, işlərimiz düzəlsin, müflis olmuşuq” kimi sözlərlə məni indi də aldadırlar. Təəssüf ki, hələ də onlara inanan və yeni qurban olan insanlar var. Çünki “YouTube” platformasında reklamları hələ də davam edir".

Gülçöhrə Abdullayeva deyib ki, şirkətə ümumilikdə 16 min manata yaxın pul ödəyib: "Rəsmi sənədlərdə isə 13 350 manat göstərilir. Qalan məbləği əldən-ələ verdiyim üçün bunu sənədlə sübut etmək mümkün deyil. Mən artıq şirkət rəhbərindən hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Həmin şəxs 2023-cü ildən bu günə qədər “bu gün verəcəm-sabah verəcəm” bəhanələriylə məni aldadır və pulumu qaytarmır.

Onun mənə göstərdiyi ərazi Türkan-Hövsan yolunda yerləşir. Eyni evi bir çox insana göstərərək guya həmin mənzilin onlar üçün tikildiyini deyirmiş. Çox çətin vəziyyətdəyəm. Maddi durumum yaxşı olmadığı halda 2020-ci ildən 2023-cü ilə qədər hissə-hissə pul ödəmişəm, nəticə isə belədir".

Gülçöhrə Abdullayeva bildirib ki, şirkət rəhbəri ona Türkan-Hövsan yolu istiqamətində yarımtikili ev təklif edib: "Sonra mənə dedi ki, məbləğin qalan hissəsini də ödə ki, evi tamamlayıb təhvil verək. Bildirdim ki, evi yarımçıq vəziyyətdə də versə, razıyam, çünki ona güvənim qalmayıb. Amma yarımtikili evi də verməkdən imtina edir. Bəhanələri 2023-cü ildən bu günə qədər davam edir. Hətta təklif edirəm ki, pulu birdəfəyə qaytara bilmirsə, ayda 500 manat olmaqla qaytarsın, heç olmasa 10 min manatını versin. Ən sonda dedi ki, polisə vermisiniz, lazım olsa əncam çəkərlər".

"Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri Firutan Məmmədov Teleqraf-a açıqlamasında aktrisa Gülçöhrə Abdullayevanın iddialarına aydınlıq gətirib:

“Gülçöhrə Abdullayevanın ödədiyi məbləğ 13 350 manat deyil. Hazırda dəqiq rəqəm deyə bilməsəm də, təxminən 7-8 min manat civarındadır. Xanım beş il ərzində ödənişləri hissə-hissə - 100, 200 və 500 manat olmaqla edib. İlkin ödənişi isə daha böyük məbləğdə olub. Onun verdiyi vəsait hesabına Hövsan qəsəbəsində təxminən 3 sot torpaq sahəsi alınıb. Xanım gəlib əraziyə baxıb.

Mən ona bildirdim ki, evin təmirini tamamlayaq, amma xanım dedi, tikintini davam etdirməyin, çünki şəxsi problemləri var, vəsaiti hissə-hissə qaytarın. Kömək kimi təklif etdim ki, yarımçıq tikilini tamamlayaq, pulun qalan hissəsini də ödəniş etsin. Digər bir varaint kimi pulun hissə-hissə qaytarılması təklifinə razı oldum. Müqavilədə də açıq şəkildə göstərilib ki, belə hallarda şirkət müəyyən faizi tutur və qalan məbləğ geri qaytarılır. Mən bu şərtlər çərçivəsində məsələni həll etməyə hazıram. Bütün sənədləri toplayaraq məhkəməyə müraciət etdim ki, məsələ hüquqi qaydada həll olunsun".

“Siz bildirirsiniz ki, 2023-cü ildə Gülçöhrə Abdullayevanın məbləğin hissə-hissə qaytarılması təklifini qəbul etmisiniz. Bəs bu razılaşmaya baxmayaraq, indiyədək niyə ödəniş həyata keçirilməyib və həmin yarımtikilinin sənədi təqdim edilməyib" sualına Firutan Məmmədov belə cavab verib:

"Bizə təqdim edilən vəsait torpaq sahəsinin alınmasına və tikinti işlərinə xərclənib. Torpaq üçün 7 min manatdan artıq vəsait ödənilib və tikinti də aparılıb. Buna baxmayaraq, mən yenə də həll variantları təklif etmişəm. Xanım gəlsə, evi onun adına keçirə və bütün sənədləri təqdim edə bilərəm. Digər tərəfdən məndə hazır evlər də var, əgər müəyyən qədər məbləğ ödəniş etsə, o evlərdən də təklif edə bilərəm. Həmin ərazidə yüzlərlə ev tikmişəm.

Başqa bir variant müqavilənin yenilənməsidir. Çünki əvvəlki şərtlərlə işləmək çətin olacaq. Müqavilə yenilənərsə, müəyyən endirim də edə bilərik.

Sonuncu dəfə mənimlə başqa tonda danışdığı üçün pulu hissə-hissə qaytarmadım. Amma yenə də razılaşma mümkündür. Gəlsin, yeni müqavilə bağlayaq. Ay ərzində hissə-hissə xanımın pulunu qaytarım. Vəsaiti bank kartına köçürə bilərəm. Küçədə nağd şəkildə pul vermək düzgün deyil".

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər