Xəbər lentiwidget-title-icon

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
“Xamenei qayıtmadığı kimi internet də İrana qayıtmamalıdır”
Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
 Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Sabah 27 dərəcə isti gözlənilir
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
QHT sədri "Embawood"u məhkəmə ilə hədələdi - keyfiyyətsiz mebel problemi...
Dentera Dental Clinicdən şikayət
“Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
Cahangir Mehdiyev haqqında sevindirici xəbər
Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib
Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir
Azərbaycanda əməkhaqqı bərabərliyi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə

Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Regional Kolleclə bağlı səslənən qalmaqallı iddiaların ardı-arası kəsilmir. Xüsusilə Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmalar apardığı bir dövrdə kollecdə baş verən hadisələrin yeni suallar doğurması diqqət çəkir.

Bakunews.az-a daxil olan video görüntülər və jurnal qeydləri əsasında aparılan araşdırma zamanı müəllim Tərlan Qayıbovanın dərs saatında auditoriyada olmadığı, buna baxmayaraq jurnalda dərsin keçirilmiş kimi qeyd edildiyi iddia olunmur - əksinə, təqdim olunan görüntülər və sənədlər bu məsələnin maddi sübutlarla müşayiət olunduğunu ortaya qoyur.

Araşdırma materiallarına əsasən, 6 may 2026-cı il tarixində Tərlan Qayıbovanın saat 11:30-dan 12:50-yə qədər dərs saatı olub. Lakin həmin vaxt intervalında onun kollecdə keçirilən tədbirdə iştirak etdiyi video görüntülərdə açıq şəkildə əks olunur. Eyni zamanda tələbələrin sinif otağında olmadığı, dərsin keçirilmədiyi və dərsi əvəz edən başqa müəllimin də olmadığı bildirilir.

Bütün bunlara baxmayaraq, təqdim edilən jurnal səhifələrində həmin tarix üçün dərs mövzularının yazıldığı və tələbələrin qiymətləndirildiyi görünür.

Məsələnin diqqətçəkən tərəfi isə bundan əvvəl kollecin direktoru Xoşqədəm Xudiyeva ilə bağlı yayılan oxşar iddialardır. Daha əvvəl də dərs saatında auditoriyada olmadan jurnal yazılması və tələbələrin qiymətləndirilməsi ilə bağlı məlumatlar dərc edilmişdi. Həmin hadisələrlə bağlı ciddi hüquqi nəticənin olmaması isə kollecdə bu tip halların “adi praktika”ya çevrildiyi barədə iddiaları daha da gücləndirir.

Ortaya çıxan mənzərə belə bir sual yaradır:

- Əgər müəllim tədbirdə iştirak edirsə, tələbələr auditoriyada deyilsə və dərsi əvəz edən başqa müəllim olmayıbsa, bəs jurnal necə doldurulub?
- Qiymətləndirmə hansı əsasla aparılıb?

Müşahidəçilər hesab edir ki, rəhbərlik səviyyəsində cəzasız qalan hallar artıq digər əməkdaşlarda da “məsuliyyətsizlik ənənəsi” formalaşdırıb. İddialara görə, bəzi müəllimlər artıq jurnalı faktiki keçirilən dərsin deyil, formal hesabat vasitəsinin bir hissəsi kimi görürlər.

BNTV.az olaraq qeyd edirik ki, təqdim olunan video görüntülər, jurnal səhifələri və tədbirdə iştirakla bağlı kadrlar məsələni sadəcə iddia müstəvisindən çıxararaq araşdırılması vacib olan faktlar səviyyəsinə qaldırır.

Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin rəhbərliyinin, eləcə də aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Ortaya çıxan görüntülər və sənədlərlə bağlı aşağıdakı suallar açıq qalır:

- Dərs keçirilmədiyi halda jurnal hansı əsasla doldurulub?

- Tələbələrin qiymətləndirilməsi hansı formada aparılıb?

- Dərs saatında tədbirdə iştirak edən müəllim üçün əvəzedici niyə təyin edilməyib?

- Təhsil müəssisəsində akademik sənədlərin bu formada aparılması hansı normativ aktlara uyğundur?

- Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı yoxlamalar zamanı bu faktlar araşdırılacaqmı?

- Elm və Təhsil Nazirliyi kollecdə təkrarlanan bu hallarla bağlı hansı tədbirləri görəcək?

Bakunews.az məsələni diqqətdə saxlayır.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər