Xəbər lentiwidget-title-icon

Körpə fidanların sevgi dolu himayədarı – Abşeron rayon Xırdalan şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Fidan Tağızadə
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub+VİDEO
Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
“Xamenei qayıtmadığı kimi internet də İrana qayıtmamalıdır”
Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
 Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Sabah 27 dərəcə isti gözlənilir
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
QHT sədri "Embawood"u məhkəmə ilə hədələdi - keyfiyyətsiz mebel problemi...
Dentera Dental Clinicdən şikayət
“Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
Cahangir Mehdiyev haqqında sevindirici xəbər
Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib

Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...

Uzun illərdir dövlət müəssisələrində çalışan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü olan və əməkhaqqından 2 faiz üzvlük haqqı tutulan işçilərin sanatoriya və müalicə mərkəzlərində istirahət və müalicə imkanlarına çıxışı ciddi problem olaraq qalır.

Bu sahədə vəziyyət xüsusilə keçmiş AHİK sədri Səttar Möhbalıyevin 31 illik rəhbərliyi dövründə faktiki olaraq əlçatmaz hala gəlmişdi. 2024-cü ildə onun vəzifədən uzaqlaşdırılmasından sonra AHİK sədri postuna Sahib Məmmədov təyin olundu. Həmin dövrdən sonra aparılan təbliğat kampaniyalarında sanatoriyalara qəbul və müalicə prosesinin guya sistemləşdirildiyi, hətta online növbə sisteminin qurulduğu bildirilirdi.

Bizimesr.com-a daxil olan məlumatlara görə, AHİK tərəfindən “e-ahik.az” platforması vasitəsilə qeydiyyat və onlayn sistemin qurulmasına külli miqdarda vəsaitin xərcləndiyi iddia edilir. Bu sistem vasitəsilə vətəndaşlar AHİK balansında olan “Kurort” QSC-yə məxsus sanatoriya və müalicə mərkəzlərində illərdir ödədikləri üzvlük haqlarının qarşılığında xidmət almağa çalışırlar. Lakin prosesdə ciddi problemlərlə qarşılaşırlar və əgər mülicə mərkəzlərinə düşsələr daha böyük problemlər onları gözləyier.

Sistem... və sistemsizlik...

Araşdırmalara görə, “e-ahik.az” portalında qeydiyyatdan keçən vətəndaşlar çox vaxt “yer yoxdur” və ya “sistem problemi var” kimi cavablarla qarşılaşırlar. Halbuki, iddialara əsasən, “Kurort” QSC-yə məxsus sanatoriya və müalicə mərkəzlərində real vəziyyət tam fərqlidir və çoxlu sayda boş yerlərin mövcud olduğu bildirilir.

Məsələn, AHİK balansında olan və “Kurort naziri” Çingiz Hacıyevin nəzarətində olan “Buzovna” Fizioterapiya Mərkəzi filialında 90 müalicə yeri mövcuddur. Lakin burada müalicə alan xəstələr, həmçinin tibb personalı bildirir ki, real istifadədə olan çarpayı sayı adətən 40–50 nəfəri keçmir.

Digər yerlərin isə çox vaxt boş saxlandığı iddia olunur. Bu günə olan məlumata görə, “Buzovna” Fizioterapiya Mərkəzi filialında 90 yerdən cəmi 28 nəfər müalicə alır. Diğər çarpayılar isə boş. Bu hissədə aidiyyatı qurumların araşdırma predmeti olan məqamı yada salmaq lazımdır. Həqiqətəndə bu yerlər boşdur yoxsa, boş olduğu halda rəsmi sənədlərdə dolu göstərilir? Bu artıq başqa araşdırma predmetidir. əgər bülə bir hal varsa, bu həm də cinayətdir.. Bu iddiaların araşdırılması dövlət qurumlarının işidir.

Bu isə sual doğurur: əgər yerlər boşdursa, niyə vətəndaşlara “yer yoxdur” cavabı verilir?

Vətəndaşların şikayətləri və əlavə ödəniş iddiaları

“Buzovna” Fizioterapiya Mərkəzi filialında AHİK xətti ilə gələn, illərdir üzvlük haqqı ödəyən vətəndaşların ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Şikayətlərə görə, xəstələrə ayrılan otaqlardan tutmuş müalicə prosesinə qədər fərqli yanaşmalar tətbiq olunur. Ən ciddi iddialardan biri isə müalicə işləri şöbəsinin müdiri, "həkim" Reyhanə Hüseynova ilə bağlıdır. İddialara görə, xəstələrə əlavə ödənişli prosedurlar təyin edilir və mümkün qədər çox prosedurun yazılması üçün tibb işçilərinə göstəriş verilir. Bu əlavə ödənişlərin işçilər arasında bonus sistemi ilə bölüşdürüldüyü, lakin gəlirin böyük hissəsinin hara yönəldiyi barədə rəsmi subutlar yoxdur.

Sertifikasiya və nəzarət problemləri

Digər ciddi narahatlıq isə tibb personalının sertifikasiyası ilə bağlıdır. İddia olunur ki, “Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan tibbi heyətin sertifikasiyadan keçib-keçmədiyi məsələsi şəffaf deyil və ciddi araşdırmaya ehtiyac var. İddialara görə, “Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan tibbi heyət sertifikasiyadan keçməyib. Bu faktlar da TƏBİB və ya Səhiyyə Nazirliyi tərəfindən araşdırılmalıdır.

Beləliklə, “Buzovna” Fizioterapiya Mərkəzi filialında müalicə alan vətəndaşların şikayətləri göstərir ki, burada sistemli problemlər mövcuddur. Bu faktların toplanması, video və foto halına salınması prossesi davam edir və növbəti günlərdə şikayətçilərin, eləcə də, bu müəsssələrdə şərlənərək işdən çıxarılan, müalicədən narazı qalan şəxslərin müraciətləri dərc olunacaq.

P.S

Bu arada qeyd edək ki, Bizimesr.com -da “Buzovna” Fizioterapiya Mərkəzi filialında baş verən hadisələrin işıqlandırılmasından sonra filialın baş həkimi Nüşabə Əlişova təcili məzuniyyətə gedib. Bu mərkəzin idarəetməsi isə baş tibb qardaşı Fuad Baxşıyevə həvalə olunub. Amma maraqlıdır ki, “Buzovna” Fizioterapiya Mərkəzi filialının baş həkimin müavini olaraq İlhamə adlı xanım olduğu deyilir. Amma iddia olunur ki, İlhamə xanım az hallarda “Buzovna” Fizioterapiya Mərkəzi filialına gəlir, əsasən "Kurort" QSC-də olur.

Ardı var...

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər