Xəbər lentiwidget-title-icon

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
“Xamenei qayıtmadığı kimi internet də İrana qayıtmamalıdır”
Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
 Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Sabah 27 dərəcə isti gözlənilir
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
QHT sədri "Embawood"u məhkəmə ilə hədələdi - keyfiyyətsiz mebel problemi...
Dentera Dental Clinicdən şikayət
“Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
Cahangir Mehdiyev haqqında sevindirici xəbər
Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib
Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir
Azərbaycanda əməkhaqqı bərabərliyi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Dövlət qulluğunda əməkhaqqı sistemi yenilənir

lent.az

#

Əsas səhifə

ƏSAS SƏHİFƏ

Xəbər Lenti

XƏBƏR LENTİ

İQTİSADİYYAT

Ana səhifə

İQTİSADİYYAT

Dövlət qulluğunda əməkhaqqı sistemi yenilənir

19 mart 2026 22:19 (UTC +04:00)

Dövlət qulluğunda əməkhaqqı sistemi yenilənir

“Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər dövlət qulluqçularının əmək haqqı sistemində mühüm yenilikləri nəzərdə tutur. Belə ki, mükafat sistemi, staja və hakimiyyət səlahiyyətinə görə verilən əlavələr, eləcə də müalicə müavinəti ləğv edilərək vəzifə maaşının baza hissəsinə daxil edilir. Bu dəyişikliklər əmək haqqı mexanizminin daha şəffaf, sabit və vahid prinsip əsasında qurulmasına yönəlib. Bəs bu yanaşma praktikada hansı nəticələr vəd edir?

Vahid struktur və sabitlik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvü, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov hesab edir ki, dövlət qulluğunda əlavələrin maaşın tərkibinə daxil edilməsi vasitəsilə vahid strukturun qurulması olduqca böyük əhəmiyyət kəsb edir. Bu yanaşma həmin sahədə optimallığı, proqnozlaşdırıla bilənliyi, sabitliyi və effektiv modelin formalaşdırılmasını özündə ehtiva edir. Dövlət qulluqçularının əmək haqlarının bu model əsasında müəyyən edilməsi nəticəsində onların proqnozlaşdırıla bilən olması təmin ediləcək: “Bununla yanaşı, sabitlik də əmək haqqı sistemində olduqca böyük əhəmiyyət daşıyan amillərdəndir. Bu mexanizmin tətbiqi ilə sabitlik də təmin olunacaq. Hazırda əmək bazarında formalaşan çağırışlar kontekstində dövlət qulluqçularının əmək haqqı sisteminin effektivliyi vasitəsilə dövlət qulluğuna motivasiyanın yüksək səviyyədə saxlanılması mühüm əhəmiyyət kəsb edir. Bu yeni modelin tətbiqi bu istiqamətdə də çox müsbət nəticələr verə bilər. Bununla yanaşı, bu gün özəl sektorda, xüsusilə bəzi sahələr üzrə əmək haqlarının yüksək olmasının gənc mütəxəssislərin həmin sektora yönəlməsinə səbəb olduğu müşahidə olunur. Özəl sektorda əmək haqlarının yüksək olması, təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafına təkan verir. Lakin eyni zamanda dövlət qulluqçularının yüksək peşəkarlığının təmin edilməsi də olduqca vacibdir. Bu baxımdan dövlət qulluğunda effektiv əmək haqqı sistemi mühüm rol oynamalıdır. Yeni modelə keçid bu sahədə müsbət dəyişikliklərin baş verməsini təmin edəcək”.

Şəffaflıq və inkişaf üçün yeni imkanlar

Elşad Məmmədov vurğulayıb ki, beynəlxalq təcrübə və aktual iqtisadi tədqiqatlar nəzərə alınmaqla yeni modelin tətbiqi şəffaflığın artırılmasına, əmək haqqı sisteminin daha effektiv qurulmasına, gənc mütəxəssislərin peşəkarlığının yüksəldilməsinə və onların dövlət qulluğuna cəlb olunmasına şərait yaradacaq: “Bütün bunlar bir tərəfdən iqtisadiyyatın inkişafına və stimullaşdırılmasına müsbət təsir göstərəcək, digər tərəfdən isə dövlət qulluqçularının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün əlverişli şərait formalaşdıracaq”.

İnstitusional yanaşma və balanslı model

“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə qeyd edib ki, dövlət qulluqçularının əmək haqqı sistemində tətbiq edilən yeni yanaşma əmək haqqı mexanizminin vahid struktur əsasında təşkilini, onun optimal, proporsional, balanslı və davamlı modelə keçirilməsini nəzərdə tutur: “Bu isə öz növbəsində dövlət qulluğunda insan resurslarının idarə olunmasında səmərəliliyin artırılması baxımından mühüm institusional amil kimi çıxış edə bilər. Əvvəlki dövrlərdə müxtəlif əlavələr formasında ödənilən əmək haqqı komponentlərinin vəzifə maaşı ilə inteqrasiya olunması əmək haqqı sisteminin vahid struktur çərçivəsində formalaşmasını təmin edir. Bu yanaşma əmək haqqı sistemində mövcud olan fraqmentasiyanı aradan qaldırır, onun daha sabit və proqnozlaşdırıla bilən xarakter almasına imkan yaradır. Eyni zamanda bu dəyişikliklər dövlət qulluqçularının sosial təminat səviyyəsinin yüksəldilməsinə və gəlir sabitliyinin gücləndirilməsinə xidmət edir”.

Şəffaf idarəetmə və uzunmüddətli effektlər

Aslan Əzimzadə bildirib ki, həyata keçirilən islahatın nəzəri və praktiki əhəmiyyəti ilk növbədə əmək haqqı sisteminin şəffaflıq, ədalətlilik və proporsionallıq prinsipləri əsasında formalaşdırılması ilə şərtlənir: “Əmək haqqının tərkib elementlərinin açıq və aydın müəyyən edilməsi dövlət qulluğunda nəticəyönümlü idarəetmə modelinin tətbiqinə və motivasiya mexanizmlərinin uzunmüddətli perspektivdə gücləndirilməsinə şərait yaradacaq. Ümumilikdə qeyd etmək lazımdır ki, həyata keçirilən bu yeni yanaşma və institusional islahat dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və effektivlik prinsiplərinin daha da möhkəmləndirilməsinə yönəlmişdir. Bu isə öz növbəsində uzunmüddətli perspektivdə dövlət aparatının funksional çevikliyinin artırılmasına, insan kapitalından daha səmərəli istifadəyə və ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığının təmin olunmasına mühüm töhfə verə bilər”.

Beynəlxalq təcrübə

Aslan Əzimzadə beynəlxalq təcrübəyə də diqqət çəkib: “Burada xüsusi qeyd olunmalı məsələlərdən biri də məhz sözügedən yanaşma ilə bağlı beynəlxalq təcrübədir. Əgər buna nəzər salsaq, görərik ki, müxtəlif Şərqi Avropa və Cənub-Şərqi Asiya ölkələrində aparılan empirik tədqiqatlar nəticəsində dövlət qulluqçularının əmək haqları ilə qeyri-şəffaflıq problemləri arasında müəyyən korrelyasiya, yəni əlaqə aşkar edilib. Bu baxımdan xüsusilə Honq Konq təcrübəsini qeyd etmək olar. Honq Konqda dövlət xidmətində əmək haqqı sisteminin dəyişdirilməsi ilə bağlı aparılmış empirik tədqiqatlar göstərir ki, dövlət qulluqçularının əmək haqlarının 10 faiz artırılması qeyri-şəffaflıqla bağlı şikayətlərin təxminən 4 faiz azalmasına səbəb olub. Eyni zamanda, bu sahədə cinayət işləri üzrə məhkumluq hallarının da azalması müşahidə edilib. Bu isə, təbii ki, ümumilikdə müsbət nəticə kimi qiymətləndirilə bilər və əmək haqqı sistemində aparılan islahatların institusional şəffaflığa təsirini göstərən mühüm nümunələrdən biri hesab olunur”.

Oxşar xəbərlər

Bütün xəbərlər