Xəbər lentiwidget-title-icon

Musiqili Teatrın aktrisasından inşaat şirkətinə ittiham: "Nə evimi tikir, nə pulumu qaytarır"
“Bavariya” Uğurcan Çakırı istəyir
Lukaşenko: ABŞ dünya qarşısında öz imkanlarını ortaya qoydu
"10 min dollar aldı, pulumu qaytarmadı" - Anar Əsədlinin məhkəməsi
Kolbasa və sosiskalar nə zaman təhlükəli olur? – Mütəxəssis xəbərdarlıq edir
Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
Antalyada Prezident İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
Təhsildə gizli savaş: hədəf Bağırovun postudur
“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib? – Vilyam Hacıyev 1 milyona yaxın “otkat” alıb
Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR
Fidan Abbasova ilə bağlı ŞOK – Bütün sirlər ORTAYA ÇIXDI

“Travmatologiya”da bir günün acınacaqlı reallığı-NƏ BAŞ VERİR?

Bu günlərdə başıma gələn hadisə bir daha göstərdi ki, dövlətin tabeliyində olan bəzi tibb müəssisələrində sistemsizlik, məsuliyyətsizlik və vətəndaşa laqeyd münasibət hələ də ciddi problem olaraq qalır. Paytaxtın mərkəzində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (xalq arasında “travmatologiya” kimi tanınır) tibb müəssisəsində yaşananlar bunun açıq sübutudur.

İndi isə keçək əsas məsələyə. Barmağımda yaranan qırıq səbəbilə sözügedən xəstəxanaya üz tutdum. İlk baxışdan adi görünən bu müraciət qısa zamanda əsəbləri sınağa çəkən bir “macəra”ya çevrildi. İnanın ki, mən deyərdim, bura gələn yox, buradan canını qurtarıb gedən özünü bəlkə də dünyanın ən xoşbəxt insanı hesab edər. Nə isə… Deməli, 102 nömrəli otaqda həkim müayinəsindən sonra mənə əlimin rentgenə salınmalı olduğu bildirildi və qeydiyyat şöbəsinə növbə götürmək üçün göndərildim. Bəli, əsl “macəra” da elə buradan başladı. Qeydiyyat şöbəsinin qarşısında yaranmış uzun növbə diqqət çəkirdi. Səhər saat hələ 10 olmamışdı, amma növbənin sonu görünmürdü. Növbədə gözləyənlərdən öyrəndim ki, axı bu nə növbədi? Növbədə düran pasiyentələrin cavab birmənalı oldu: “Sistem işləmir”. Lakin bu “işləməyən sistem”in səbəbini heç kim izah edə bilmirdi.

Sual yaranır: bu nə sistemdir ki, saatlarla işləmir? Nə vaxt düzələcək? – bu sualların isə cavabı yox idi. Nə qeydiyyat şöbəsində çalışanlar məlumatlı idi, nə də məsul şəxslər ortada görünürdü. İnkişafdan danışılan bir dövrdə vətəndaşın saatlarla növbədə qalması hansı məntiqlə izah olunur? Özü də nəzərə alsaq ki, bura heç kim kefindən gəlmir. Gələnlərin hamısı müxtəlif dərəcədə travma almış insanlardır. Onda sistemin işləməməsindən yaranan mənzərə daha aydın görünər. Deməli, fiziki travma alan insanlar, bu növbələrdə saatlarla qalmaqla, əsəbdən psixoloji problemlər də yaşamalı olurlar. Yəni, bir xəstəliyini müalicə etməyə gələn insan, ikinci bir xəstəlik də qazanmalı olur.

“Qeydiyyat şöbəsinin əməkdaşlarından birinə yaxınlaşıb məsələni aydınlaşdırmaq istədim. Cavab isə qısa və məsuliyyətsiz oldu: “Bilmirəm niyə işləmir. Şikayətin varsa, inzibati şöbədən soruş”. Mən isə sual verdim ki, xanım, siz özünüz soruşun, bu sistem niyə işləmir? Biz indi gedib müdiriyyəti axtarmalıyıq? O isə cavabında dedi ki, “mən necə deyim? Desəm, deyəcəklər ki, get ərizəni yaz işdən çıx. Guya siz bilmirsiniz, bura Azərbaycandır?”.

Bu cavabdan sonra vəziyyəti aydınlaşdırmaq üçün verilən telefon nömrələrinə dəfələrlə zəng etsəm də, ya məşğul oldu, ya da cavab verən tapılmadı. Bu isə onu göstərirdi ki, problem təkcə texniki nasazlıqda deyil, ümumi idarəetmədə nasazlıq var. Ən acınacaqlısı isə odur ki, bu yanaşma tək bir şəxsin deyil, bütöv sistemin ifadəsi idi – “bura Azərbaycandır, hansı qanun işləyir ki?” Bəli, bu cümlə bəlkə də reallığın ən acı etirafı idi.

Növbədə gözləyən insanların narazılığı getdikcə artırdı. Bəziləri açıq şəkildə bildirirdi ki, əgər sistem işləmirsə, bu barədə əvvəlcədən məlumat verilməli, xəstə insanlar saatlarla burada gözlədilməməlidirlər. Nəhayət ki, 3 saatdan çox gözlədikdən sonra sistem “sehrli” şəkildə işə düşdü. Bundan sonra mənə də növbə götürmək xoşbəxtliyi nəsib oldu və axır ki, rengen otağına düşə bildim. Burada isə məni gözlənilmədən, çox operativ şəkildə rentgendən keçirdilər. Hətta öz-özümə dedim ki, şükür, heç olmasa bu mərhələni rahat keçdim. Amma sonradan məlum oldu ki, bu operativliyin də öz “qiyməti” var imiş – problem isə açıq idi: “Hörmət elə!”.

Sənədi təqdim edən şəxs məni kənara çəkərək “hörmətini et get” dedi. Mən də tez yola salındığımı nəzərə alıb 5 manat vermək istədim. Lakin o, açıq şəkildə 10 manat tələb etdi. Nə edim, əlacsız qalıb məcburən 10 manatı verməli oldum. Daha sonra isə məni 114-cü otağa yönləndirdilər.

Sən demə bununla da “konsert” hələ bitməyibmiş. 114-cü otağın qarşısında isə növbədənkənar keçid üçün pul yığan başqa bir “mexanizm” işləyirdi. Qapıda dayanan şəxs növbəsiz keçidlər üçün (orda səslənən fikirlərdən sözlərdən sonra bildim) pul alır, 3-5 manat müqabilində insanları növbədənkənar içəri buraxırdı. Bir sözlə, rəsmi növbə anlayışı isə sadəcə sistemli xarakter daşıyırdı. Beləliklə, ikinci mərhələdə də əlavə 2 saat yarım gözləməli oldum.

Bəli bax belə. Bir gün ərzində yaşanan bu hadisə sadəcə şəxsi narahatlıq deyil, ümumi idarəçilik sistemində olan problemin açıq göstəricisi idi. Saatlarla gözləmə, işləməyən sistem, cavabsız telefon zəngləri, açıq rüşvət halları və vətəndaşa hörmətsiz münasibət, bütün bunlar bir gündə gördüklərim və yaşadıqlarım idi. Səhiyyə Nazirliyinin (TƏBİB faktiki artıq yoxdur) nəzarəti isə yox kimidir.

Bəs bu özbaşınalığın məsuliyyəti kimin çiyninə düşür? Niyə vətəndaşın vaxtı, sağlamlığı və əsəbləri bu qədər ucuz sayılır? Tez-tez Avropa standartlarından danışılır, qiymətlər müqayisə edilir. Amma xidmət keyfiyyətinə gələndə ortaya çıxan mənzərə tam fərqlidir. Əgər həqiqətən inkişafdan danışırıqsa, bu inkişaf ilk növbədə vətəndaşın gündəlik həyatında hiss olunmalıdır. Əks halda “inkişaf” sadəcə kağız üzərində qalır. Nəticə etibarilə, bir gün ərzində yaşanan bu “macəra” tək bir xəstəxananın problemi deyil – bu, nazirlik səviyyəsində sistemli yanaşmanın, nəzarət və məsuliyyət çatışmazlığının göstəricisidir.

Ən acı tərəfi isə budur ki, insanlar artıq buna təəccüblənmir. Sadəcə, dözür və ümid edir ki, nə vaxtsa düzələcək… Düzələcəkmi? Bu suala, həmçinin mövcud korrupsiya hallarına, inanıram ki, Səhiyyə Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsmiləri cavab verəcəklər… Yoxsa, insanlarda belə təəssürat yaranacaq ki, əşi, balıq elə başdan iylənər… Yəni, günahı Səhiyyə Nazirliyində axtarın…

TƏZADLAR QƏZETİ

Zaurpress.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Musiqili Teatrın aktrisasından inşaat şirkətinə ittiham: "Nə evimi tikir, nə pulumu qaytarır"
“Bavariya” Uğurcan Çakırı istəyir
Lukaşenko: ABŞ dünya qarşısında öz imkanlarını ortaya qoydu
"10 min dollar aldı, pulumu qaytarmadı" - Anar Əsədlinin məhkəməsi
Kolbasa və sosiskalar nə zaman təhlükəli olur? – Mütəxəssis xəbərdarlıq edir
Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
Antalyada Prezident İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
Təhsildə gizli savaş: hədəf Bağırovun postudur
“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib