Xəbər lentiwidget-title-icon

Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
“Space” TV-nin baş direktoru işdən çıxarıldı
 AAYDA-da TOY VAR: İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

“Kapital Bank” cibə necə girir? – İqtisadçı maraqlı faktlar açıqladı

Ölkənin 2-ci ən böyük bankı olan “Kapital Bank”ın yeni pul qazanmaq metodundan danışım. Mən onların qanunsuzluqlarından yazmaqdan yoruldum, amma onlar müştəriləri aldatmaqdan yorulmadılar. Hər dəfə də yeni metodlarını kəşf edirəm. Bunlar hələ öz başıma gələnlərdir, görün xəbərim olmayan nə qədər mexanizmlər mövcuddur.

Bizimesr.az bildirir ki, bu barədə iqtisadçı Samir Əliyev yazıb. O bildirib ki, “Kapital Bank”da bir şəxs öz kartları arasında pul köçürmələri edəndə də komissiya tutulur:

“Deməli, bu bankın tətbiqində digər banklarda olduğu kimi istədiyin vəsaiti bir hesabdan (A-dan) digər hesaba (B-yə), bir kartdan (A-dan) digər karta (B-yə) pul vəsaiti köçürtmək funksiyası var. Bu köçürtmələrə görə hesabların və kartların təyinatından asılı olaraq komission haqq tələb oluna da bilər, olunmaya da bilər. Burası normaldır, hətta əladır.
Normal olmayanı bilirsiz nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komission haqq tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək. Bu həqiqətən də anormallıq və müştəridən haqsız pul qopartmaqdır.

Problemi izah edim. “Kapital Bank”ın məhsulu olan “Birbank”ın debet və kredit olmaqla iki kartdan istifadə edirəm. Özlərinin tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürtmək əvəzinə səhvən kredit kartından özünə köçürtmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürtmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdlaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesabə əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdılaşdırma vergisi tutur.

Bank təmsilçisindən soruşuram ki, niyə siz icazə verirsiniz ki, mən eyni kart arasında köçürtmə edim? Axı bunu qadağan etmək çətin deyil? Cavab verir ki, təklifinizi nəzərə aldıq, gələcəkdə bununla bağlı tədbir görüləcək. Bəs mənim itkilərim, onların taleyi necə olacaq?. Sualım təbii ki, cavabsız qaldı.

Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdə deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsi faktiki olaraq müdafiədən kənarda qalıb:

“Onların hüquqları kütləvi şəkildə pozulur. Bu hüquqları müdafiə edən mexanizmlər isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadır, səhv və yarımçıq məlumat verməklə onları kredit bataqlığına salırlar. Oturub havadan müqavilə tərtib edirlər və sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir”.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər