Xəbər lentiwidget-title-icon

Musiqili Teatrın aktrisasından inşaat şirkətinə ittiham: "Nə evimi tikir, nə pulumu qaytarır"
“Bavariya” Uğurcan Çakırı istəyir
Lukaşenko: ABŞ dünya qarşısında öz imkanlarını ortaya qoydu
"10 min dollar aldı, pulumu qaytarmadı" - Anar Əsədlinin məhkəməsi
Kolbasa və sosiskalar nə zaman təhlükəli olur? – Mütəxəssis xəbərdarlıq edir
Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
Antalyada Prezident İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
Təhsildə gizli savaş: hədəf Bağırovun postudur
“Qanunsuz cərrahiyyə: niyə ‘dayan’ deyən yoxdur?”-FOTO
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib? – Vilyam Hacıyev 1 milyona yaxın “otkat” alıb
Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR
Fidan Abbasova ilə bağlı ŞOK – Bütün sirlər ORTAYA ÇIXDI

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

Azərbaycanda iqtisadi fəallığın azalması, ilin ilk rübündə ÜDM-in 0.3 faiz geriləməsi bəzi dövlət qrumlarının sahibkarlığa yaratdığı maneələrlə bağlıdır. Bu sırada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öndə gedir.

Son illərdə tikinti sektoru üzrə əsas səlahiyyətlərin əlində cəmləşməsindən istifadə edən Komitə rəhbərliyi iş adamları üçün dözülməz vəziyyət yaradıb. Qeyd edək ki, adıçəkilən qurum ölkənin ən ucqar kəndindəki xırda tikilidən tutmuş Bakıda bina tikintisinə qədər icazələri verən yeganə təşkilatdır.

Vəziyyətlə yaxından tanış olan mötəbər mənbə redaksiyamıza bildirib ki, Bakıda tikinti icazələrinin verilməsi faktiki olaraq dayandırılıb. Ancaq bir neçə şirkətin fəaliyyətinə imkan yaradılır, nəticədə onlarla iş adamı qazanc arxasınca Özbəkistana, Gürcüstana və s. postovet ölkələrinə üz tutub. Son 3 ildə təkcə Özbəkistana Azərbaycana məxsus 43 şirkət yatırım qoyub, normal şəkildə fəaliyyət göstərir. Bu da ölkədən milyonlarla investisiyanın çıxması deməkdir.

Qeyd olunur ki, təkcə paytaxtın mərkəzində deyil, mikrorayonlarda, nisbətən kənar yerlərdə pilot layihələrin həyata keçirilməsi də mümkünsüz hala gəlib. Komitə rəhbərliyi iş adamlarının əksər müraciətlərinə rədd cavabı verir.

Məlumdur ki, Azərbaycanda neft-qaz sektorundan sonra ən böyük dəyər tikinti sektorunda formalaşır. Neft pullarının gəldiyi ilk illərdən etibarən bu sahəyə nəhəng dövlət investisiyaları yatırılıb, bəzən investisiya xərclərinin həcmi ölkənin müdafiə xərclərini də ötüb. Hökumət stabil olaraq hər il bu sahəyə 4-7 milyard manat yönəldib. Paralel olaraq xaricdən sektora axan vəsaitləri, iş adamlarının qoyduğu pulları da nəzərə aldıqda tikinti sektorunun Azərbaycan iqtisadiyyatında – biznesin inkişafında, vətəndaşların sosial rifahının artmasında, məşğulluğun təmin olunmasında oynadığı rolun nə qədər çoxşaxəli və mühüm olduğunu göstərir. Bu sektor həmçinin yerli sənayenin inkişafını da stimullaşdırıb. Təsadüfi deyil ki, tikinti materialları istehsal edən şirkətlərin əksəriyyəti bu dövrdə yaranıb, inkişaf edib, onların əksəriyyəti yüksək texnoloji avadanlıqlara, sabit xarici və daxili əlaqələrə, bazarlara çıxış imkanına sahib olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaratdığı keçilməz maneələr vaxtı ilə “aşıb-daşan” tikinti sektorunu yanı üstə qoyub, iqtisadi fəallıq kəskin azalıb, məşğulluq imkanları sıfırlanıb, iş adamları baş götürüb ölkədən gedirlər. Yaranmış acınacaqlı durum, nəhayət, hökuməti də hərəkətə gətirib.

Redaksiyamıza daxil olan məlumata görə, Baş nazir Əli Əsədov adçəkilən komitənin rəhbəri Anar Quliyevi sərt tənqid edib, onun fəaliyyətinin ölkəni iqtisadi fəlakətə sürüklədiyini bildirib. Hökumət başçısı onu sorğu-sual edərək iş adamlarını niyə narazı saldığını, tikintilərə niyə icazə vermədiyini soruşub. Komitə rəhbərliyinin Baş nazirə nə cavab verdiyi məlum deyil, amma mənbə bildirir ki, onun səlahiyyətlərinin icrası məhdudlaşdırılıb.

Xatırladaq ki, aprelin 10-da Baş nazir yanında keçirilən İqtisadi Şuranın iclasında bu sahədə yaranmış vəziyyət geniş müzakirə edilib. Rəsmi məlumatda bildirilir ki, iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub. Tədbirdə Prezidentin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun gündəlikdə yer alan məsələlər üzrə məruzəsi dinlənilib.

Maraqlıdır, iclasa Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Anar Quliyev deyil, onun birinci müavini Namiq Hümmətov dəvət olunub. Mənbə bildirib ki, o yaranmıəş vəziyyətlə bağlı çıxış edib və Əli Əsədovun suallarını cavablandırıb. Hümmətov bir çox problemləri qanunvericilikdəki boşluqlar və maneələrlə əlaqələndirməyə çalışıb. Bu səbəbdən müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişikliklərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.(Azpolitika)

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər