Xəbər lentiwidget-title-icon

“Barselona” hakim qərarları ilə bağlı UEFA-ya yenidən şikayət edəcək
Mikayıl İsmayılovun keçmiş gəlini: Məni susdurmaq üçün şərləyiblər
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb
Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib
Arvadını güllələyən “Referans" klinikasının filial direktoruna hökm oxundu
Bakıda yaşayış evindəki yanğın söndürülüb - FOTO - VİDEO
Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olundu
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
Qaradağda başdı-başın SAXLASINDIR - Belə tikililərlə KİM və HANSI SƏNƏDLƏ icazə verir? - FOTOFAKT
Millət vəkilinin şura sədri, Təhminə Tağı-zadəmin direktor olduğu AMADA 12 min manatı görün nəyə ödəyib
“Leyla Medical”da koordinator həkim kimi fəaliyyət göstərib – Klinika cərimələndi
Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO
Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
Azərbaycan estrada musiqisinin pop ulduzu tanınmış jurnalistlə birgə restoran biznesinə başlayır
"Azercell" üçün müştəri məmnuniyyəti nədir, müştəri hüququ belə yoxdur... - BU DA FAKT!!!
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

Bakıda müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı

Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.
O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçınılmaz olub. Onun çörək zavodunda iş rejimi gecə saat 03:00-dan başlayaraq gündüz 12:00-13:00 radələrinə qədər olub.
Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.
Şahid qismində ifadə verən 01-CH-477 dövlət qeydiyyat nişanlı "Toyota” markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın "Toyota”ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus "Toyota”nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.
Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Vlada Axundova vaxtilə "Səs Azərbaycan” yarışmasında iştirak etmişdi.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər