Millət vəkilinin şura sədri, Təhminə Tağı-zadəmin direktor olduğu AMADA 12 min manatı görün nəyə ödəyib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) publik hüquqi şəxsi fəaliyyətinin rəqəmsal təminatını gücləndirmək məqsədilə növbəti satınalma müqaviləsini imzalayıb. Agentlik tərəfindən elan edilən yüksəksürətli internet trafiki və İP-telefoniya xidmətlərinin satın alınması üzrə tenderin qalibi "Clip Tv" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, bağlanmış müqavilənin ümumi dəyəri 11 800 AZN təşkil edir. Razılaşmaya əsasən, qarşı tərəf agentliyi 100 Mbps sürətli internet trafiki və müasir İP-telefoniya xidmətləri ilə təmin etməyi öhdəsinə götürüb.
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, müşahidə şurasının sədri isə millət vəkili Nigar Arpadaraidir.
Zaurpress.az
































