Zaurpress.az
Xaçmazda AĞIR QƏZA: Sıxılı vəziyyətdə qalan qadının xilas edilməsinin ANBAAN GÖRÜNTÜSÜ
Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" və "Haval" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Haval" markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 1962-ci il təvəllüdlü N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

































