Zaurpress.az
Arda Gülər zədələndi, DÇ-2026-nı buraxa bilər
Türkiyə millisinin və "Real Madrid"in ulduz futbolçusu Arda Gülər sıradan çıxıb.
Türkiyəlinin bu gün müayinə olunduğu və sağ ayağının biseps bud əzələsində zədə aşkarlandığı bildirilib.
21 yaşlı futbolçunun 3-4 həftə oynaya bilməyəcəyi gözlənilir.
Arda Gülər Dünya çempionatında meydanda olmaq üçün xüsusi olaraq çalışacaq. Hər şey plan üzrə gedərsə, milli üzvü DÇ-2026-ya hazır olacaq.






























