Xəbər lentiwidget-title-icon

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
Azərbaycan estrada musiqisinin pop ulduzu tanınmış jurnalistlə birgə restoran biznesinə başlayır
"Azercell" üçün müştəri məmnuniyyəti nədir, müştəri hüququ belə yoxdur... - BU DA FAKT!!!
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
TƏBİB-in yeni icraçı direktoru kimdir? – DOSYE
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
“Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar - VİDEO
AMEA-da 170 Min Manatlıq "Coffee break", nahar və şam yeməklər və.s - TƏFƏRRÜAT
Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb
Plenumun formalaşdırdığı vahid məhkəmə təcrübəsi görməzliyə vurulur
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Minaya düşərək həlak olan Muğanın FOTOLARI
Nərimanovda bu klinikada ciddi pozuntular aşkarlanıb
“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”
Abşeronun səhiyyə “labirinti” və Səkinə Sadıxovanın “mannı” PİARI –TƏBİB necə İFLİC OLDU?
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)
Şamaxıda “VNM İNŞAAT” MMC-ə Şamaxıda tender hansı şərtlərlə verilib?
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO

Facebook-da humanizm, xəstəxanada XAOS: – Abşeronda xəstələr qapıda qalıb

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovanın xəstələrə “qayğı” nümayiş etdirdiyi paylaşım sosial şəbəkədə diqqət çəksə də, vətəndaşların real şikayətləri tamam başqa mənzərə ortaya qoyur. İddialara görə, bir qan analizi üçün minlərlə uşaq və valideyn xəstəxanaya toplanır, növbələr isə insanları saatlarla qapıda saxlayır.

Tribuna.az xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında (ARMX) rəsmi təqdimatla reallıq arasındakı fərq növbəti dəfə diqqət çəkib.

Xəstəxananın rəsmi Feysbuk səhifəsində yayılan paylaşımda direktor Səkinə Sadıxovanın stasionar şöbədə müalicə alan xəstələri ziyarət etdiyi, onların səhhəti ilə maraqlandığı, hətta yaşlı bir xəstəyə şəxsən yemək yedirdiyi görüntülər paylaşılıb.

Mətndə qeyd olunur ki, rəhbərlik xəstələrin müalicə prosesi və göstərilən tibbi xidmətlərin keyfiyyəti ilə maraqlanıb, tibb personalına isə həssas davranmaq tövsiyə edilib.

Kağız üzərində və kamera qarşısında hər şey qaydasında görünür.

Amma xəstəxananın qapısından içəri girən vətəndaşların danışdıqları tam başqa mənzərə yaradır.

Sosial şəbəkələrdə yayılan şikayətlərdən görünür ki, ARMX-də xüsusilə uşaqların tibbi yoxlanışı və qan analizi ilə bağlı ciddi sıxlıq, xaos və təşkilati problem yaşanır.

Məsələn, sosial şəbəkədə Elçin Rəhimzadə yazaraq bildirib ki, bir sadə analiz üçün yüzlərlə, hətta minlərlə insan xəstəxanaya cəmlənir, nəticədə uşaqlar saatlarla növbədə gözləməli olur.

Vətəndaş Təbriz Vəli də məsələ ilə bağlı etirazını belə ifadə edib:

“Yoldaşlar, bu uşaqları bir qan analizinə görə bura niyə yığmısız? Olmaz ki, hər məktəbə bir-iki tibb bacısı göndərəsiz, ordan qan analizi götürsün? Çox güman həkimlər 25-30 manatdan yığıb yola salırlar valideynləri…

Saat 8-dən gətirmişəm uşağı, hələ 2293-cü adamıq. Bir qan analizinə görə xəstəxanaya bu qədər uşağı yığmaq nəyə lazımdır?”.

Bu sözlər təkcə bir valideynin əsəbi reaksiyası deyil. Bu, sistemsizliyin, plansızlığın və vətəndaşa yuxarıdan aşağı baxışın nəticəsidir.

Əgər doğrudan da xəstəyə qayğı göstərilirsə, o zaman sual yaranır: niyə bir analiz üçün uşaqlar kütləvi şəkildə xəstəxana koridorlarına doldurulur?

Niyə bu proses məktəblər, poliklinikalar və ya səyyar tibbi briqadalar vasitəsilə daha rahat və insanlara uyğun formada təşkil edilmir?

Ən böyük problem isə budur ki, səhiyyə müəssisələri getdikcə real xidmət göstərməkdən çox, “görüntü istehsal edən idarələrə” çevrilir.

Xəstəyə yemək yedirmək, əlini tutmaq, palataya girib şəkil çəkdirmək — bunların hamısı kameraya yaxşı düşür. Amma səhiyyənin keyfiyyəti bununla ölçülmür.

Səhiyyənin keyfiyyəti növbənin uzunluğunda, xidmətin əlçatanlığında, uşağın neçə saat gözlədiyində, valideynin nə qədər əziyyət çəkdiyində və vətəndaşın alçaldılıb-alçaldılmadığında ölçülür.

Əgər bir xəstəxanada vətəndaş səhər saat 8-dən növbəyə dayanıb günün yarısını bir qan analizi üçün itirirsə, orada paylaşım dili ilə “qayğı” nümayiş etdirmək artıq ictimai qıcıq doğurur.

Çünki insanlar şəkil yox, xidmət istəyir.
Onlara kamera qarşısında nümayiş etdirilən mərhəmət yox, normal işləyən sistem lazımdır.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər