Zaurpress.az
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri hakim qarşısında
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın məhkəməsi başlayıb.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirin dəyişdirilərək ev dustaqlığı seçilməsi ilə bağlı vəsatətlər veriblər.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı aprelin 10-na təyin edilib.
Qeyd edək ki, Sergey Safronov, Anton Draçev, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlıy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci , 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb.































