Pakistan rəsmisi: İran ABŞ-nin 15 bəndlik planını alıb
İran ABŞ-nin atəşkəs razılaşması ilə bağlı 15 bəndlik planını alıb.
“The New York Times” bundan öncə rəsmi mənbələrə istinadla ABŞ-nin Pakistan vasitəsilə İrana müharibəni bitirmək üçün 15 bəndlik plan təqdim etdiyi barədə məlumat yaymışdı.
Tehranın bu təklifləri danışıqların əsası kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-nin ideyaları ilə tam razılaşıb-razılaşmadığı hələlik məlum deyil.
Zaurpress.az






























