Xəbər lentiwidget-title-icon

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
“Xamenei qayıtmadığı kimi internet də İrana qayıtmamalıdır”
Ağcabədidə “7 Gözəl” şadlıq evində nöqsanlar aşkarlandı
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
 Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Sabah 27 dərəcə isti gözlənilir
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
QHT sədri "Embawood"u məhkəmə ilə hədələdi - keyfiyyətsiz mebel problemi...
Dentera Dental Clinicdən şikayət
“Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
Cahangir Mehdiyev haqqında sevindirici xəbər
Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib
Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir
Azərbaycanda əməkhaqqı bərabərliyi ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...

Fəthullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Cümhuriyyətinin İzmir şəhərində ortaya çıxan və dini-ideoloji bir cərəyan kimi xarakterizə olunan FETÖ-nun ciddi təhlükəsi bir vaxtlar, bu qardaş ölkə kimi, dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanda da daha çox hiss olunurdu. Onda, mənbəyi məlum olmayan böyük maliyyə qaynağı ilə, müsəlman olub-olmamasına baxmayaraq, dünyanın əksər ölkəsi ilə bərabər Azərbaycanda da universitetlər, litseylər, hazırlıq kursları açmaqla Fətullah Gülənin kitablarını geniş yayan, hətta yüksək gəlirli onlarla geniş biznes şəbəkəsi yaradan, kütləvi informasiya vasitələrinin gücündən və internetin imkanlarından geniş istifadə hesabına ictimai-siyasi məsələlərə müdaxilə etməkdən çəkinməyən, dövlət qurumlarına nüfuz etməklə öz adamlarını strateji strukturlarda yerləşdirmək istiqamətində ciddi səylə çalışan və adları gah gülənçilər, gah nurçular, gah fətullahçılar... olaraq çəkilən FETÖ-çuların ölkəmizə daha geniş ayaq açması bu təhlükədən doğan qorxunun getdikcə artmasına rəvac verirdi.
Bunun səbəbi Türkiyədə baş verən məlum 15 iyul hadisələrdən sonra bizə də məlum oldu. FETÖ 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı olaraq elan edildi və bu barədə məlumat bütün qaranlıqlara aydınlıq gətirdi. Alınan əlavə məlumatlar da onu deyirdi ki, bu fəthullahçı terror örgütünün əsas məqsədi dövlətin bütün sistemlərində İslam hökmlərinin işləməsinə nail olaraq, teokratik İslam diktaturasının qurulmasını reallaşdırmaq olub.
Bəli, Türkiyədə baş verən dövlət çevrilişinə cəhd istiqamətli həmin hadisələr bunun bariz sübutuydu. Yəni, gülənçilər din pərdəsi altında siyasi planlarını həyata keçirmək istəyirdilər. Ən aktiv olduqları sahə təhsil sahəsi, məqsədləri maarifləndirmə yolu ilə beyinləri ələ, dövlət və hökümət təşkilatlarına sızaraq idarəçiliyi ələ keçirmək idi. “Demokratik yol”la dövlət idarəetməsini ələ keçirmək ilkin hədəfi olan Fətullah Gülən ilkin olaraq dünyəvi, demokratik və sosial hüquqi dövlət olan Türkiyə Respublikasına son qoyub, şəriət qanunlarının hakim olduğu İslam dövlətini yaratmaq arzusuyla yaşayırdı. Türkiyə ilə yanaşı türkdilli və müsəlman ölkələrdə də məqsədlərinin icrası hədəfini güdürdü. Orta Asiya və Azərbaycanda da dövlət rejimini istismar etmək üçün, dini və siyasi fəaliyyətini daima aktiv şəkildə qoruyub saxlamağı bacarırdı.
Ona görə də, mənbəyi məlum olmayan maliyyə qaynağı ilə Türkiyə və digər ölkələrdə güclü təşkilati əsaslara malik olan bir qurum kimi tanınan FETÖ-nun törətdiklərinin indiyədək Azərbaycandan yığışdırılması mümkün olmayıb. Çünki güclü maliyyə rıçaqları olan bir təşkilatın üzvləri çox oyunlardan çıxmağı bacarırlar.
Deyilənlərə görə, "Ram Holdinq"in sahibi Rüfat Məcidov da FETÖ üzvüdür. Son vaxtlar mətbuat olaraq, onun rəhbərlik etdiyi "Ram Holdinq"in törəmə şirkətləri AİSCO MMC, PRIOR LIZING, AGRIGO MMC haqqında yazmağa başlamışıq. Etibarımızı qazanan informasiya mənbələri də öz məlumatları ilə təsdiq edirlər ki, bu MMC-lər bu qruplaşmaya yaxındırlar. Əsasən, Türkiyə liseylərini 1998-ci ildə bitirən və ya FETÖ üzvləri "Ram Holdinq"in xətti ilə fəaliyyət göstərirlər.
Vergidən yayınma bunların əsas işlərindən biri olmaqla yanaşı, köhnəlmiş malların da satışı əsas iş prinsiplərindən biridir. FETÖ üzvü olmayanları işdən çıxarmaq onlar üçün bir vərdiş halını alıb. Ağıllarına gələn hər kəsi sıxışdırmaqdan belə çəkinmirlər.
Rüfət Məcidov (əsl soyadını dəyişdirib) özü 1995-ci ildə litseydən ayrılıb. Bu, Bakı Türk İqtisad Kolleci olub. Əvvəlcə 1993-1995-ci illər arasında Qubanın Zərdabi qəsəbəsində fəaliyyət göstərib. Daha sonra 1995-ci ildən 1997-ci ilə qədər Bakının Yasamal rayonunda fəaliyyət göstərib. Bundan sonra, 1997-ci ildə Şirvan (keçmiş Əlibayramlı) şəhərinə köçüb və bağlanana qədər orada fəaliyyət göstərib.
Hazırda "Ram Holdinq"lə əlaqəli olan AİSCO şirkəti FETÖ üzvləri iddia olunan Neman Nadirov və Zaur Quliyev kimi şəxslər tərəfindən idarə olunur. Adları çəkilən şəxslər 2014-cü ildə Türkiyədə FETÖ bankı hesab edilən "Bank Asia" üçün Azərbaycandan vəsait toplamaqda fəal rol oynayıblar. Bu şəxslər Azərbaycan vətəndaşları olduqları üçün Türkiyə dövləti onlara toxunmayıb. Xüsusi vurğulayaq ki, zamanında FETÖ-çu Türk vətəndaşları tərəfindən idarə olunan bütün biznes imkanları hazırda Azərbaycan vətəndaşları olan FETÖ-çular tərəfindən idarə olunur.
Bu barədə etibarlı mənbə tərəfindən redaksiyaya ötürülən təkzibolunmaz faktlar var. Dəqiqləşdirmə gedir deyə, yazını burada nöqtəliyirik. Maraqlı yazımız olacaq, bizi izləyin.
Gundemxeber.com

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər