Xəbər lentiwidget-title-icon

“Zirə Broyler”in böyük məbləğdə borcu: Direktorun ölkədən çıxışına “stop” qoyuldu – MƏHKƏMƏ
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - Foto
Kanal 21-in təsisçisi və daha bir neçə nəfər həbs olundu - FOTO
İlham Haqverdiyev azadlığa buraxıldı
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bakı şəhəri Xətai rayonu 257 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olduğu iddia olunub
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
Mehdiyevin nəvəsi ilə bağlı ŞOK MƏLUMAT – Pulları…
Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb- 1 aydır ala bilmirlər
Xırdalan məktəbində iddialar dərinləşir Sənan Xəlilovun maraqları yoxsa qanunlar: yoxlamadan sonra niyə dəyişiklik olmadı?
BU QURUMDAKI “QOHUM ŞƏBƏKƏSİ” TƏMİZLƏNİR – Yeznəsi, əmisi oğlu, xalası oğlu…
Məcid Əliyev Şəki səhiyyəsini “bazara” necə çevirib?
Qubada bu binanın təmirinə 148 min ayrılıb - "VNM İnşaat" kimindir?
Sabiq gömrük rəisi Kənan Məmmədovun “Villa Badam” macərası
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş – VİDEO
Sarayda ağaclar kəsildi…. İcazəsiz tikintiyə hansı şərtlərlə icazə verilib?
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda "Şərab məclisi "ARAQ" içildi kimdir günahkar?

DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?

Ötən gün DİM sədri Məleykə Abbaszadənin xarici dil fənn blokunun buraxılış imtahanlarına salınması ilə bağlı verdiyi açıqlama ölkəni iki hissəyə bölüb. Belə ki, DİM sədri açıqlamasında bildirib ki, həmin dövrdə Təhsil naziri vəzifəsində olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil fənn bloku buraxılış imtahanına salınıb, Məleykə Abbaszadə isə buna qarşı olub. Bu açıqlama da cəmiyyətdə birmənalı qəbul olunmayıb. Hazırda sosial şəbəkələrdə sözügedən açıqlama ilə bağlı geniş müzakirələr gedir. Bəziləri düşünür ki, bu olduqca doğru qərardır, bunun vasitəsilə abituriyentlər az da olsa, ingilis dili öyrənilir. Digərləri isə Azərbaycanın Avropa ölkəsi olmadığını, məhz buna görə də, qərarın absurd olduğunu hesab edirlər, istəyən və buna ehtiyacı olan şəxslərin ingilis dili öyrənməsinin daha məntiqli olduğunu düşünürlər.

Bəs həqiqətən də, xarici dil fənn blokunun buraxılış imtahanına salınması düzgün qərar idimi?

Təhsil eksperti Elçin Əfəndi Manset.az-a açıqlamasında bu qərarın effektivliyini dəyərləndirib. Ekspert bildirib ki, xarici dillər üzrə şagirdlərin ümumi bilik və bacarıqlarının yoxlanılması xüsusi əhəmiyyət kəsb edir:

“Əlbəttə ki, xarici dil fənn blokunun, ümumiyyətlə, buraxılış imtahanına salınmasına müsbət yanaşmalıyıq. Burada söhbət təkcə ingilis dilindən getmir. O cümlədən, əlavə xarici dillər - fransız, alman, ərəb, fars və rus dillərindən gedir. Bütün bu dillər üzrə də şagirdlərin ümumi bilik və bacarıqlarının yoxlanılması əhəmiyyət kəsb edir. Daha çox tədris prosesində istifadə olunan ədəbiyyatlara nəzər salsaq, öz ana dilimizlə bağlı ədəbiyyat vasitələrinin əldə olunmasında biz çətinlik çəkirik. Bundan əlavə, hazırda Azərbaycanda tədrisin ingilis dilində aparıldığı ixtisaslar mövcuddur. Bu ixtisaslarda kifayət qədər bilik və bacarıqları yüksək olan tələbələr təhsil alır. Məhz ingilis dili biliyi vasitəsilə onlar hər hansısa bir ədəbiyyat vəsaiti axtararkən o qədər də çətinliklərlə üzləşmirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda xarici dil fənn blokunun buraxılış imtahanına salınması mühüm əhəmiyyət kəsb edirdi və bu lazımlı qərar idi”.

Ekspert qeyd edib ki, xarici dil fənn blokunun buraxılış imtahanlarında yer alması gənclərin inkişafı, o cümlədən, baş verən yeniliklərin anında tətbiq edilməsi baxımından vacib qərar idi:

“Xarici təcrübəyə nəzər salsaq görə bilərik ki, məsələn, Böyük Britaniya ingilisdilli ölkədir və əsas ana dili onlarda ingilis dilidir. Əslində, onlar bütün resursları ingilis dilində asanlıqla təmin edə bilirlər, bununla bağlı heç bir çətinlikləri yoxdur. Baxmayraq ki, onlara xarici dil öyrənmək o qədər də vacib deyil, lakin seçim olaraq onlara maraqlı və ehtiyacları olan xarici dilləri öyrənirlər və bu dillər istiqamətində təhsil alırlar. Təbii ki, xarici təcrübədə qəbul proqramı təmamilə fərqlidir. Xaricdə qəbul proqramı müxtəlif dil sertifikarları əsasında da həyata keçirilə bilir. Məsələn, İELTS, SAT, Duolingo və s. Gördüyünüz kimi, bir dil əsasında və yaxud da dillə paralel riyazi təfəkkür əsasında xarici ölkə vətəndaşları rahatlıqla qəbul edilirlər. Eyni zamanda bizim ölkə vətəndaşları da xarici dildən imtahan verərək həmin ölkələrdə ali təhsil müəssisələrinəqəbul ola bilirlər. Eləcə də rəsmi dili ingilis dili olmayan digər ölkələrdə də, əlbəttə ki, ingilis dili imtahanları mövcuddur. Məsələn, dünyanın əksər ölkələri SAT üzrə qəbul prosesi aparır. Burada da başlıca ingilis dilidir. Proses ingilis dilində baş tutur. Yəni demək olar ki, rəsmi dili ingilis dili olmayan ölkələrin əksəriyyətində də ingilis dili əsas aparıcı dil hesab olunur və imtahanlarda da bu dil istifadə olunur. Buna görə də, sözügedən qərar düşünürəm ki, bizim ölkə üçün doğru qərardır və ölkə gənclərinin əhəmiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Elçin Əfəndi fikirlərinə əlavə edib.

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər