Xəbər lentiwidget-title-icon

“German” hospital bağlanır?
Leysan Məmmədovun oğlunun dostları ilə tender oyunu …..
Abunəçiləri “Azərcell”i məhkəməyə verməyə hazırlaşır
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir?
Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsündə dəyişiklik edildi
“Azərişıq” rəhbəri Vüqar Əhmədovun kabinet idarəçiliyi - sənədsiz fərdi evlərin sayğaclaşdırılmasına 3 min, obyektlərə isə 10 min manat rüşvət istənilir?
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? - Video
İstanbulda 70 kiloqram qızılla saxlanılan polkovnik-leytenanta cəza istənildi
"Sabah" – "Qarabağ" matçının hakimləri açıqlandı
Nəsibə Zeynalovanın nəvəsi: Sonda hamımıza cansağlığı arzuladı, dedi, Cahangir də gəlsin - MÜSAHİBƏ
İsraildə İran kəşfiyyatına işləməkdə şübhəli bilinən iki nəfər saxlanıldı
İran ABŞ və İsraili yeni müharibə ilə hədələdi
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Rusiyanın neft emalı zavodu, iki böyük desant gəmisi, sursat və neft anbarları məhv edildi
Sabah yağış yağacaq
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
Səhiyyə Nazirliyinin xəstə uşağa biganəliyi… Azyaşlı üçün dövlət xəstəxanasında analiz verə bilmirlər VİDEO
Dünyanın ən istedadlı adamı : Bir əldə 7 qarpız tutmağı bacaran "deputat"
Türkiyədə 275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
Ağır Cinayətlər Məhkəməsinin Hakimi Cinayətkara hansı qanunla ev tustaqlığı verdi? Məqsəd nədir? Şikayət
Lənkəran səhiyyəsində şübhəli tender
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO

“Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...

Artıq bir neçə aydır ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhəri və rayonlar üzrə qaz istismar idarələri tərəfindən sayğaclar oxunsa da, vətəndaşlara kağız daşıyıcı şəklində bildirişlərin təqdim edilməsi dayandırılıb.

Bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na da ziddir.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb. O bildirib ki, bu barədə məlumatı təşkilatın sahə üzrə ekspertləri verib:

“Qaydaların “Qazın dəyərinin ödənilməsi şərtləri” bölməsinin 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya təqdim etdiyi qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və növbəti ayın 10-dək bu barədə məlumatı (hesabı) istehlakçıya təqdim etməlidir.

Həmçinin, qaydalara əlavə edilmiş 4 nömrəli formaya əsasən, hesab sənədində istehlakçının soyadı, adı, atasının adı, abonent kodu, ünvanı, sayğac nömrəsi, əvvəlki və son göstəricilər, aylıq qaz sərfi, illik qaz limiti üzrə istifadə olunmuş hissə və digər mühüm məlumatlar əks olunmalıdır.

Lakin “Azəriqaz” İB tərəfindən bildirilir ki, kağız bildirişlər ləğv olunmuş, əvəzində vətəndaşlara SMS vasitəsilə məlumat ötürülür.

Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, dünya təcrübəsində SMS mətnləri texniki olaraq məhdud – təxminən 160 simvoldan ibarətdir. Nəticədə abonentlərə yalnız borc məbləği barədə qısa məlumat çatdırılır, qanunvericilikdə nəzərdə tutulmuş digər vacib göstəricilər – xüsusilə illik qaz limiti və sərfiyyat detalları barədə informasiya isə təqdim olunmur.

Bu isə vətəndaşların öz istehlakına nəzarət imkanlarını məhdudlaşdırır, şəffaflığı azaldır və nəticə etibarilə narazılıqlara səbəb olur. Hətta bəzi hallarda abonentlər qaz sayğaclarına əlavə yüklənmələr barədə vaxtında məlumat ala bilmədikləri üçün gözlənilməz borclanma ilə üzləşirlər”.

M.Qəhrəmanlı bildirib ki, bütün bunları nəzərə alaraq, “Azəriqaz” İB tərəfindən tətbiq edilən bu praktika istehlakçı hüquqlarına zidd olmaqla yanaşı, qüvvədə olan normativ tələblərin pozulması kimi qiymətləndirilməlidir: “Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir”.(Bizimesr.az)

Zaurpress.az

Oxşar xəbərlər

Bütün xəbərlər