Zaurpress.az
Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.
Onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümumilikdə 1 717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
































